Bakı aeroportunda xəncər aşkarlanıb
Tarix: 08.09.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Moskva-Bakı aviareysilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Elxan Hüseynova məxsus baqaj rentgen aparatından keçərkən monitorda xəncərə oxşar predmetin təsviri görünüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman E.Hüseynova məxsus baqajdan 1 ədəd gümüşü rəngli metaldan hazırlanan, ümumi uzunluğu təxminən 435 mm olan xəncər aşkar olunub.
İlkin araşdırma zamanı E.Hüseynov qardaşının vəfatı ilə əlaqədar Rusiya Federasiyasının Moskva şəhərinə getdiyini və mərhumun şəxsi əşyaları ilə birlikdə, yadigar olaraq həmin xəncəri də Azərbaycan Respublikasına gətirdiyini bildirib.
Ədliyyə Nazirliyi Мәһkәmә Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmet kustar üsulla hazırlanmış - iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan xəncərdir, soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info