Kamal Abdullayev alimlərlə görüşüb
Tarix: 08.09.2014 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayev alimlərlə görüşüb. Bilik Fondunun İnformasiya təminatı sektorundan verilən məlumata görə, görüşdə fondun “İlboyu bilik” layihəsi müzakirə olunub.
Bilik Fondunun missiyası barədə alimlərə məlumat verən K.Abdullayev “İlboyu bilik” layihəsinin məqsədi və hədəfləri barədə danışıb:
“Bu layihə Prezident İlham Əliyevin gənclərimizə himayəçilik etmələri üçün alimlərimizə verdiyi daha bir imkandır. Hər birinizin iştirakı ilə bilik cəbhəsində uğurlar qazanacağıq. Mühazirələrdə gənclərlə yanaşı yerli ziyalılar da iştirak edəcək və layihə o vaxt uğurlu sayılacaq ki, bölgə ziyalıları paytaxt məktəblərində mühazirələr deyəcəklər”.
Sentyabrın 15-də “İlboyu bilik” layihəsi çərçivəsində alimlər, xarici ölkələrin Azərbaycandakı səfirləri müxtəlif rayonlarda yerləşən 70-dən çox məktəbdə “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirələr oxuyacaqlar.
Görüşdə müxtəlif elm sahələrini təmsil edən alimlər layihə ilə bağlı arzu və təkliflərini bildiriblər.
Akademik Tofiq Hacıyev layihəyə cəlb olunduğuna görə təşəkkürünü bildirib, bölgələrdə maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb:
Professor Yusif Məmmədov bildirib ki, növbəti mərhələlərdə yerlərdə sorğular vasitəsilə sosial sifarişi müəyyənləşdirilsə, daha səmərəli nəticələr əldə edə bilər. Alim həmçinin bildirib ki, layihə bitəndən sonra monitorinqlərin aparılması mühazirələrin effektini dəyərləndirməyə imkan verəcək.
Sosioloq alim Əhməd Qəşəmoğlu Bilik Fondunun maarifçiliyə yönəlmiş bütün layihələrində həvəslə iştirak edəcəyini bildirib, alimlərin rayonlarda, ucqar kəndlərdə yerli əhali ilə görüşlərinin cəmiyyətin inkişafına böyük təkan olacağını deyib.
General-mayor Kamil Məmmədov “İlboyu bilik” layihəsinin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində də müstəsna rolu olacağına əminliyini ifadə edib. “Alimlər bütün mühazirələrində vətənsevərliyi və azərbaycançılığı prioritet götürməlidirlər”.
Qeyd edək ki, “İlboyu bilik” layihəsinin digər proqramının - “Qardaşlaşmış məktəblər”in icrasına sentyabrın 8-dən başlanır. Proqramın ilkin mərhələsində Azərbaycanın müxtəlif rayonlarında yerləşən 20 məktəb qardaşlaşacaq.
Bununla yanaşı, Bilik Fondu “Dini abidələrdə tarixin izləri”, “Auditoriya+”, “Ustad və şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültələri”, “Epizod”, “Məscidlərdə kitabxana”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” layihələrini həyata keçirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info