XİN-dən Yutta Bauerlə bağlı açıqlama
Tarix: 08.09.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) avstriyalı jurnalist, “Die Presse” qəzetinin əməkdaşı Yutta Bauerə Azərbaycana səfər etmək üçün viza verilməməsi məsələsinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Yutta Bauer 2011-ci ildə Azərbaycanın razılığı olmadan Ermənistandan keçməklə işğal altında olan torpaqlara səfər edib.
Nazirlikdən onu da bildiriblər ki, Azərbaycanın Avstriyadakı səfirliyi artıq məsələ ilə bağlı məlumat verib.
Qeyd edək ki, jurnalist Azərbaycana səfər etmək üçün viza verilməməsini yazdığı tənqidi məqalələrlə əlaqələndirsə də, Azərbaycanın Avstriyadakı səfirliyi bu iddianı təkzib edib: "Yutta Bauer Azərbaycanın işğal altında olan ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər etdiyinə görə adı “qara siyahı”ya əlavə olunub. O, yalnız Azərbaycandan bu hərəkətinə görə rəsmi üzr istəyəndən sonra viza ilə təmin oluna bilər".
Avstriya XİN-dən isə bildiriblər ki, jurnalistə viza verilməməsi Azərbaycanın səlahiyyətinə aid olan və qanunvericiliyi ilə tənzimlənən məsələdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info