Türkiyədə Azərbaycan Gecəsi təşkil olunub
Tarix: 08.09.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Ankaranın Etimesqut Rayon Bələdiyyəsinin təşkil etdiyi 11-ci Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Azərbaycan Gecəsi təşkil olunub. Bu barədə qəzetimizə səfirlikdən bildirilib. Gecədə səfirliyin əməkdaşları, çox sayda elm, mədəniyyət və incəsənət xadimləri, diaspor nümayəndələrimiz, Ankara ictimaiyyətinin çox sayda nümayəndələri və azərbaycanlı tələbələrimiz iştirak ediblər. 11-ci Beynəlxalq Anadolu Günləri festivalının həyata keçirildiyi böyük sahədə səfirliyin təşəbbüsləri ilə Azərbaycan Evi yaradılıb. Azərbaycan Evində ölkəmizə xas əyani təbliğat vasitələri nümayiş etdirilmiş, şənlik iştirakçılarına "İrs-Miras" jurnalı, türk dilində nəşr olunmuş "İlham Əliyev" və "Heydər Əliyev" kitabları təqdim olunub, eləcə də, Azərbaycan milli mətbəxinə xas ləziz şəkərbura və paxlavalar paylanılıb.
Tədbirdə iştirak edərək konsert vermək məqsədilə Şirvan şəhərindən Ankaraya səfərə gəlmiş Şirvan şəhəri musiqi və rəqs ansamblının konserti şənlik iştirakçılarına xoş anlar yaşadıb, böyük maraqla izlənib. Azərbaycana xas bir-birindən gözəl musiqi və rəqslər ölkəmizin mədəniyyətinin təbliğinə mühüm töhfələr verib.
Gecədə ilkin olaraq Səfir Faiq Bağırov adından səfirliyin müşaviri Ceyhun Zeynalov daha sonra Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov çıxış edib. Qonaqlar çıxış etdikləri müddətdə Etimesqut Rayon Bələdiyyəsinə təşəkkürlərini bildirib və iki qardaş ölkə münasibətlərinin əhəmiyyəti, ümummilli liderimizin "bir millət iki dövlət" kəlamının mahiyyəti, əlaqələrimizdəki bu kimi mədəni tədbirlərin mühüm rolu, eləcə də iki ölkə münasibətlərinin ümid vəd edən gələcəyindən söz açıb.
Daha sonra səfirlik adından Etimesqut Rayon Bələdiyyəsinin başçısı Ənvər Dəmirələ təşəkkür plaketi təqdim edilib. Ənvər Dəmirəl də öz növbəsində təşəkkür plaketi təqdim edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info