“Prezidentlərin görüşündə böyük sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb”
Tarix: 08.09.2014 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında bu yaxınlarda Uelsdə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb. Bunu brifinqdə xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə danışıqlar prosesi ilə tanış olub və yeni addımların mümkünlüyünü öyrənib.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın mövqeyi sadədir: "Bakı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edir, çünki bu cür vəziyyət ölkə üçün qəbuledilməzdir".
Nazir bildirib ki, sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək: "Bu görüşə hazırlaşmaq üçün ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ayın sonunadək regiona səfər edəcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
20.09.2018
DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info