“Moldovanın ali məktəbləri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır“
Tarix: 08.09.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Moldova Azərbaycanı potensial səhmdar kimi görür.Bunu Moldova Baş nazirinin müavini və xarici işlər naziri Natalya German Bakıda brifinqdə deyib.
Onun sözlərinə görə, Moldova xüsusilə Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır: "Azərbaycan biznesi artıq Moldovada təmsil olunub, lakin Kişinyov onun ölkədə iştirakının genişlənməsində maraqlıdır".
N.German qeyd edib ki, Moldova isə öz növbəsində Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarük edilməsini təklif edir: "Kənd təsərrüfatı məhsullarımız çox yüksək keyfiyyətlidir və Azərbaycan istehlakçıları razı qalacaq".
Onun sözlərinə görə, iki ölkənin siyasi sahədə ikitərəfli münasibətləri yüksək səviyyədədir və ölkələrin ticari-iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük perspektivləri var: "Moldova Azərbaycanla əmtəə dövriyyəsinin artırılmasında maraqlıdır".
N.German deyib ki, Moldova və Aİ-nin əməkdaşlığının yeni səviyyəyə çıxması ilə ölkə azərbaycanlı iş adamları üçün yeni bazar təqdim etməyə hazırdır: "İki ölkənin əməkdaşlığı üçün daha bir sahə təhsildir. Moldovanın ali məktəbləri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info