“bp-Azerbaijan” şirkəti tələbə və məzunlar üçün karyera forumu təşkil edib
Tarix: 08.09.2014 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


“bp-Azerbaijan” şirkəti neft və qaz sənayesi ilə bağlı ixtisaslar üzrə xaricdə təhsil alan azərbaycanlı tələbə və məzunlar üçün karyera forumu təşkil edib. Forumu giriş sözü ilə açan şirkətin təmsilçisi Tamam Bayatlı tədbirin “bp” və onun tərəfdaşlarının neft-qaz sahəsində yüksək ixtisaslı yerli mütəxəssislər yetişdirilməsi istiqamətində ölkənin göstərdiyi səylərə dəstək olmaq öhdəliyinin bir hissəsi olduğunu bildirib. Qeyd olunub ki, forumun məqsədi xarici universitetlərdə təhsil alan istedadlı tələbələr arasında şirkətdə iş imkanlarını təşviq etmək və onlarla birbaşa əlaqələr qurmaqdır.
“bp-Azerbaijan” şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova çıxışında forumun xaricdə təhsil alan tələbələri məlumatlandırmaq və onlarla ünsiyyət qurmaq imkanı yaratdığını söyləyib. “Tələbələr “bp-Azerbaijan” şirkətinin yüksək vəzifəli məmurları ilə görüşərək mövcud və gələcək karyera imkanlarını, işəgötürmə proqramlarını və planları müzakirə edə biləcəklər. Həmçinin şirkətin Azərbaycanda və regionda 20 il ərzində dənizdə və quruda təhlükəsiz və etibarlı şəkildə həyata keçirdiyi əməliyyatlar haqqında məlumat almaq imkanı qazanacaqlar” – deyə L.Novruzova vurğulayıb.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan bəhs edib. Vurğulayıb ki, yalnız son üç ildə Prezident İlham Əliyevin gənclərlə müxtəlif tədbirlərdə altı görüşü olub. Dövlətimizin başçısı bütün görüşlərdə gənclərimizi yüksək ixtisaslı mütəxəssis kimi nəinki ölkəmizin, eləcə də dünyanın aparıcı şirkətlərində görmək istəyini ifadə edib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının və digər rəsmi sənədlərin başlıca məqsədlərindən biri gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasından, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsindən, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsindən ibarətdir.
V.Quliyev neft-qaz sənayesi sahəsində dünyanın ən nüfuzlu şirkəti olan “bp-Azerbaijan”da karyera qurmaq istəyən gənclərə uğurlar arzulayıb.
Böyük Britaniya Məzunları İctimai Birliyi ilə birgə təşkil olunan forumda xaricdə təhsil alan 120 azərbaycanlı tələbə və məzun iştirak edib. Onlar öz karyeralarını ölkənin neft və qaz sənayesində qurmağı planlaşdıran gənclərdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün Azərbaycanda TV və radio işləməyəcək
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info