“ASAN xidmət”in təlim sistemi beynəlxalq konfransda təqdim olunub
Tarix: 08.09.2014 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Bolqarıstanda bu ölkənin Elmlər Akademiyasının, Elm və Təhsil Fondunun, Alimlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhsil, Araşdırma və İnkişaf” adlı V Beynəlxalq Konfransda “ASAN xidmət”in təlim sisteminin təqdimatı həyata keçirilib.
Mərkəzdən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, Azərbaycan Respub¬likasının Prezidenti yanında Vətən¬daş¬lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent¬li¬yinin Təlim sektorunun müdiri Nazənin Hüseynova konfransda “Səmərəli təlim sistemi Azərbaycanın idarəetmə brendi “ASAN xidmət”-in prinsiplərindən biridir” adlı məruzə ilə çıxış edib.
Konfransda dövlət başçısı İlham Əliyevin digər sahələrlə yanaşı kadr potensialının inkişafına verdiyi xüsusi önəm diqqətə çatdırılaraq, insan resurslarının for¬malaşdırılması üçün aparılan islahatlardan, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafın nəticəsində dövlət idarəetməsinin, idarəetmə münasibətlərinin, həmçinin, vətəndaşla vəzifəli şəxslər arasındakı münasibətlərin modernləşməsi sahəsində kompleks islahatlardan bəhs olunub.
Müvafiq olaraq dövlət idarəet¬məsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində mühüm tədbirlərdən bi¬ri kimi Azərbaycan Respub¬likasının Prezidenti yanında Vətən¬daş¬lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent¬li¬yinin yaradılması xüsusi olaraq diqqətə çatdırılıb. Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin təlim sistemini xüsusi vurğulayan Nazənin Hüseynova bu sistemin mahiyyəti, strukturu, strategiyası və prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib.
Qeyd olunub ki, müasir təlim standartlarına və infrastruktura malik olan, əhatəli, səmərəli, çevik və innovativ təlim sistemini yaratmaq, peşəkar, milli-mənəvi və korporativ dəyərlərə sadiq, yaradıcı düşüncəyə sahib kadr potensialını formalaşdırmaq “ASAN xidmət” modelinin təlim strategiyasının əsas məqsədidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info