Gəncənin park və meydanlarında “Wi-Fi“ şəbəkəsi qurulacaq
Tarix: 08.09.2014 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Gəncənin park və meydanlarında "Wi-Fi" şəbəkəsi qurulacaq.
Simsiz şəbəkə turistlərə, eləcə də şəhər parklarında dincələnlərə xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək.
Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Gəncə "2016-cı il Avropa gənclər paytaxtı" tituluna sahib olması ilə bağlı bir çox beynəlxalq və mötəbər tədbirlərə ev sahibliyi edir. Bu səbəbdən də şəhərə gələn turistlərin sayı artmaqdadır. Şəhərə üz tutan turistlərin, eləcə də şəhər sakinlərinin internetə əlçatanlığının təmin edilməsi məqsədilə Gəncədə tezliklə simsiz internet şəbəkəsi layihəsinə start veriləcək.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, artıq layihə hazırlanıb və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq: "İlin sonuna şəhərdə internet istifadəçiləri pulsuz internetdən yararlanacaqlar".
Hazırda 21 mindən çox genişzolaqlı internet istifadəçisi olan Gəncədə pulsuz internetə çıxış imkanları əsasən insanların sıx toplaşdığı yerlərdə olacaq.
İlkin mərhələdə hava limanından şəhərin çıxışına - Qala Qapıları, Arxeologiya və Etnoqrafiya Muzeyinə qədər olan ərazi tamamilə internetlə təmin ediləcək. Həmçinin hazırda vətəndaşların daha çox toplandığı Heydər Əliyev park kompleksinin ərazisində və İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev meydanı ərazisindən Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) qədər olan ərazi (buraya GDU-nun da ərazisi daxildir) 500 metr radiusda tamamilə internetlə təmin ediləcək.
Layihənin ikinci və üçüncü mərhələsinin reallaşması ilə şəhərin bütün hissələrində internetə çıxış təmin ediləcək.
Artıq layihənin ilkin mərhələsinin icrasına başlanılıb. Lazımi avadanlıqlar sifariş olunub. Türkiyəli mütəxəssislərin dəstəyi və ADAU-nun İnnovasiya Mərkəzinin köməyi ilə bu ilin sonuna qədər layihənin icrası yekunlaşdırılacaq.
Layihədə süni istifadə hallarının qarşısının alınması da nəzərdə tutulub ki, buna müəyyən vaxt və yükləmə məhdudiyyətləri daxildir. "Wi-Fi" istifadəçiləri şəbəkədən videoya baxmaq və kontent yükləmək üçün istifadə etmək istədikdə rəsmi olaraq qeydiyyatdan keçməli olacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info