“Sənaye ilində yaşıl düşüncənin təbliği”
Tarix: 08.09.2014 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Gənclər Mərkəzi İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Sənaye ilində yaşıl düşüncənin təbliği” layihəsi uğurla davam edir. Layihə çərçivəsində növbəti dəfə Qax şəhərində tədbir keçirilib. Sentyabrın 8-9 tarixlərində baş tutan tədbirdə rayon ictimaiyyət nümayəndələri, ictimai fəal gənclər, müəllim-şagird kollektivi iştirak ediblər. Tədbir zamanı əsas müzakirə olunan mövzular bunlar olub: “Ekoloji tarazlığın qorunması və ətraf mühit məsələləri”, “Sənaye müəssisələrində tullantısız texnologiyaya keçid”, “Qax meşələrinin yanğından mühafizə üsulları”, “Gənclər arasında “Yaşıl düşüncə”nin təbliği”. Tədbirdə Birliyin sədri İqbal Mirzəyev çıxış edərək iştirakçıları layihənin məqsədi haqqında məlumatlandırıb. Çıxış edən ekspertlər artıq dünyada adi hala çevrilən meşə yanğınlarına qarşı ölkəmizdə də ciddi tədbirlərin görüldüyü, qorunması vacib olan nadir ağac növlərinin zəngin olduğu Qax meşələrinin bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığını vurğuladılar. Ona görə maarifləndirmə və təbliğatın daha geniş sosial qrupları əhatə etməsi üçün bütün vasitələrdən istifadə olunmasının labüdlüyünü qeyd etdilər. Sonra müzakirələr təşkil olundu. İştirakçılrın sualları cavablandırıldı. İştirakçılara buklet və broşurların paylandı, üzərində Gənclər Fondunun və Gənclər Mərkəzinin loqoları olan papaq-köynək verildi. Sertifikatlar təqdim olundu. Tədbirdə ekspert qismində İqtisad Universitetinin muəllimi Cəlal Allahverdiyev, İqtisadi Araşdırmalar Mərkəzinin nümayəndəasi Rövşən İsgəndərov iştirak ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info