“The Guardian“: “Şotlandiya müstəqilliyə doğru gedir”
Tarix: 08.09.2014 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Son dövrlər xalqlar arasında oyanış, müstəqillik uğrunda mübarizə əvvəlki dövrlərdən fərqli olaraq sivil yolla özünü büruzə veməkdədir. Bu mənada, Şotlandiya xalqının uzun illərdən bəri apardığı bu mübarizə ölkədə bəziləri tərəfindən tərəddüdlə qarşılansa da, ölkənin əksər hissəsində bu inam qalmaqdadır. İngiltərənin «Guardian» nəşrində bu məsələ barədə dərc olunan yazı bəzi məziyyətlərinə görə, şotlandların bu yolda mübarizliyini bir daha nümayiş etdirir.
Məqalədə deyilir ki, son sorğunun nəticələrindən və cüzi üstünlüyün reallığından sonra Şotlandiyanın müstəqilliyinə dəstək kampaniyası "ildırımsürətli müharibə" planına uyğun həyata keçiriləcək. Bunları əminliklə bildirən “YouGov”un rəhbəri Piter Kellner deyib ki, keçirilən sorğuda 51% müstəqilliyin lehinə, 49% isə Birliyin saxlanılması lehinə səs verib. “Bıçağın kəsən ucu” termininin nadir hallarda ölümcül təsiri olur: “Referendumun nəticələri haqqında proqnozlar vermək imkanına malik olmaq üçün yalnız iki xalı qırmaq kifayət edir. Məncə, burada çox az bir boşluq var»-deyə, bildirib.
Ölkədə fəaliyyət göstərən «Sunday Times»-ın təşəbbüsü ilə «YouGov» təşkilatı tərəfindən keçirilən sorğu göstərdi ki, dörd əsas qrup arasında müstəqillik lehinə təşviqatın səviyyəsi son zamanlar əhəmiyyətli dərəcədə artıb. Müqayisə üçün bildirək ki, son dörd həftə ərzində seçici leyboristlər arasında müstəqillik kampaniyasına dəstəyin səviyyəsi 18%-dən 35%-ə qalxıb. Yaşlı seçicilər arasında da dəstək səviyyəsi xeyli artıb. Ənənəvi olaraq, müstəqillik uğrunda o qədər də fəal olmayan qadınlar arasında fəallıq artaraq, 33%-dən 47%-ə çatıb.
Kellner daha sonra qeyd edir ki, ölkənin müstəqillik tərəfdarı arasında sabiq nazir Aleksu Salmondun təbliğatı nəticəsində qorxu amilini neytrallaşdırmaq mümkün olub. Bu ilin iyununda keçirilən sorğuda respondentlərin yalnız 27%-i ölkənin, Birlikdən ayrılacağı təqdirdə firavan bir ölkə olacağına əminlik bildirmişdisə, hazırda belə düşünənlərin sayı 40%-ə qalxıb. Bununla belə, sentyabrın 6-da keçirilən növbəti soğunun nəticələri bir daha göstərdi ki, qadınlar müstəqillik uğrunda mübarizəyə daha çox dəstək verməyə başlayıblar. Belə ki, onların səs faizi rekord səviyyəyə çatıb.
Ölkədə başqa bir şirkət- «Panelbase» şirkətinin keçirdiyi sorğuda isə qadınların 47%-i, kişilərin isə 48%-i Birlikdən çıxmağın lehinə səs veriblər. Qeyd edək ki, ardıcıl olaraq bir neçə dəfə sorğu keçirən bu şirkət bildirir ki, müstəqilliyə səs verənlər 48% təşkil etsə də, qalan 52% arasında da tərəddüd edənlər çoxdur.
«YouGov»-dakı sorğunun nəticələrindən sonra Şotlandiyanın birinci nazirinin müavini Nikola Sterdjen şəxsi «Twitter» səhifəsində yazıb: «Sorğunun nəciləsindən asılı olmayaraq, bu, sorğu olaraq qalır. Ən əhəmiyyətlisi sentyabrın 18-də keçiriləcək referendumun nəticələri olacaq. Ona görə də, gəlin, diqqət və səylərimizi buna yönəldək» -deyə qeyd edib.
Ölkədəki «Better Together» şirkətinin lideri Alister Darlinq isə qarşıdakı «döyüş»ü səbirsizliklə gözlədiyini bəyan edib: «Bu sorğunun nəticələri referendumun əvvəlcədən müəyyən edildiyini iddia edənlər üçün həyəcan siqnalı olmalıdır. Artıq ucadan və açıq danışmağın vaxtı çatıb». Qeyd edək ki, son sorğuların nəticələri bəyan ediləndən sonra, şotland leyboristlər Aleksa Salmonda qarşı hücumlara start verərək, onun partiyasını ittiham ediblər.
Gələn həftə Şotlandiya müstəqilliyinə dəstək kampaniyasının üzvləri-Gordon Broun və Cohn Prescott leyborist seçicilərin səslərini özlərinə qaytarmaq üçün bir sıra görüşlər keçirəcəklərini bəyan ediblər. Bu arada, Şotlandiyanın müstəqillik əldə edəcəyi təqdirdə sərhəd dirəkləri və pasport nəzarəti barədə “Scottish Mail”ə müsahibə verən leyboristlərin lideri Ed Miliband kəskin tənqidlə üzləşib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info