“Ermənistan bütün parametrlər üzrə Azərbaycana uduzur”
Tarix: 09.09.2014 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


“NATO-nun son sammitində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü xarici siyasətin konkret nəticəsidir”. Bunu qəzetimizə açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, NATO sammitinin Ermənistan üçün uğursuz nəticələndiyini görən Sərkisyanın Azərbaycana qarşı təbliğat işinin gücləndirilməsinin vacib olduğunu söyləməsinin bir neçə səbəbi var:
“Hər şeydən əvvəl, Sərkisyan zəifləmiş hakimiyyətini Azərbaycanın timsalında düşmən obrazı yaradaraq möhkəmləndirmək istəyir, xalqın bütün qəzəbini öz üzərinə deyil, Azərbaycana yönəltməyə çalışır. Ermənilərin Azərbaycana qarşı təbliğatının gücləndirilməsinin zəruriliyinin söylənilməsi təbliğat mübarizəsində Ermənistanın uduzduğunu göstərir. Ermənistan bütün sahələrdə Azərbaycana uduzmaqda davam edir. Sadəcə olaraq, hələ bəzi xarici ölkələrdəki himayədarlarının səyləri ilə Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir və düşünürəm ki, böyük dövlətlər Ermənistana layiq olduğu yerini göstərməlidirlər.
İkincisi, Sərkisyanın ümumiyyətlə, demokratiyadan, insan haqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur. Çünki Sərkisyan ilə demokratiya arasında 180 dərəcə fərq var. Demokratiyadan danışan Sərkisyan öncə öz tərcümeyi-halına diqqət yetirməlidir. Xocalıda və Azərbaycanın digər ərazilərində dinc insanları qətlə yetirən bir peşəkar terrorçu demokratiyadan necə danışa bilər? Sərkisyan terror yolunu keçmiş və bu yolla hakimiyyətə gəlmiş adamdır. Üçüncüsü, Azəbaycanda demokratiyanın boğulmasından danışan Sərkisyan ilk növbədə gözünün qarşısına Ermənistanın siyasi həyatını gətirməlidir. Bir ölkənin parlamentində deputat güllələnirsə, həmən ölkəyə necə demokratik ölkə demək olar? Bütün bunların hamısı riyakarlığın konkret nəticəsidir. Hələ 19-cu əsrin sonları-20-ci əsrin əvvəllərində çarizm sənədlərində belə bir fikir yer almışdı ki, erməni xadimlərinə yalnız ikiüzlülük xasdır. Erməni yazarlar isə qeyd edirdilər ki, erməni cəmiyyəti yalnız bir tip yaratmışdır, o da terrorçu tipidir. Ermənistana Sərkisyanın başçılıq etməsi illər öncəsi çar məmurlarının və erməni xadimlərinin özlərinin yazdıqlarını bir daha təsdiq edir”.
Rasim




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info