“Rusiyanın Avropa Birliyinə qarşı kifayət qədər təzyiq rıçaqları var”
Tarix: 09.09.2014 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Avropa Birliyinin(AB) Rusiyaya münasibətdə mövqeyi çox ziddiyyətlidir. AB-nin Rusiyaya qarşı sanksiyaları effektlidirmi, cəza tədbirlərinin dördüncü paketi gözlənilirmi və nəyə görə bir sıra AB ölkələri Kremlin siyasətinə kifayət qədər loyaldırlar - bu kimi məsələlərlə bağlı “Deutsche Welle”nin müxbiri Brüssel Azad Universitetinde politologiyanı tədris edən, o cümlədən Rusiya ilə bağlı tədqiqatlar aparan Od Merlendən müsahibə götürüb:

- AB Ukrayna məsələsində Rusiyaya qarşı durmaqda nə dərəcədə davamlıdır?
- Demək çətindir. Məncə, AB özü bu sualın cavabını bilmir. İndi AB bir neçə məsələ üzrə parçalanıb, hətta demək olar ki, o, yenidən formalaşma mərhələsindədir. Hər bir çağırışa AB cavab verməyə çalışır. Belə demək olar ki, o, böhrandan çıxarkən, eyni zamanda özünü yenidən yaratmaqdadır. Artıq indi aydındır ki, AB savaşmağa hazır deyil. Amma hesab edirəm ki, o, öz mövqeyini sərtləşdirməyə hazırdır. Məsələn, fransız hökuməti bəyan edib ki, Rusiyaya “Mistral” vertolyotdaşıyıcılarının ixracını dayandırır.
- Amma sanksiyaları hər iki tərəf - Qərb və Rusiya tətbiq edir. Qərb Rusiya rəhbərliyinə bağlı şəxsləri, iş adamlarını qara siyahıya salır. Eləcə də Rusiya Qərb məhsullarının ixracına sanksiya tətbiq edir. Bu bir-birinə əks sanksiyalardan hansı digərinə qarşı daha effektli olacaq?
- Gördüyümüz kimi, qara siyahılar işləmirlər. Məsələn, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Parisdə çox rahatca fransız parlamentariləri ilə görüşür və onlar onu çox isti qarşılayırlar. Halbuki, o da AB-nin tətbiq etdiyi qara siyahıda yer alır. Mən deyərdim ki, iyulda irəli sürülən Qərb sanksiyalarının üçüncü dalğası daha çox işlək olub. Rusiyanın da onlara cavab olaraq digər tədbirlər görməsinə baxmayaraq, Qərbin sektoral sanksiyaları bu və ya digər formada Rusiyanın fəaliyyətinə təsir edir. Bu təsir daha uzaq perspektivdə də özünü göstərəcək. Rusiya iqtisadiyyatının zəifləməsi Rusiya cəmiyyətinin müəyyən qisminin həyat səviyyəsində də özünü göstərir. Buna görə də fikirləşirəm ki, Qərb sanksiyaları, daha çox, onların üçüncü pilləsi daha güclüdür.
- Siz Qərbin Rusiyaya qarşı sanksiyalarının dördüncü mərhələsini mümkün sayırsınızmı?
- Mən peyğəmbər və ya falabaxan deyiləm. Amma fikirləşirəm ki, bu, tam real görünə bilər.
- Nəyə görə özlərinin tarixi təcrübələrindən çıxış edərək Rusiya işğalının nə olduğunu bilən Çexiya, Slovakiya, Macarıstan kimi ölkələr, indi Kremlin vəkili kimi çıxış edirlər və iqtisadi sanksiyaların qeyri-effektiv olduğunu bildirirlər?
- Bu, çox maraqlı sualdır. Bu sual tamamilə ziddiyyətli situasiyanı önə çəkir və göstərir ki, dirənmiş ideoloji sxemləri istifadə etmək olmaz. Əlbəttə, 2004-cü ildə AB-yə keçmiş sosialist ölkələri üzv olanda ehtimal vardı ki, “yeni Avropa” Rusiyaya daha kritik yanaşacaq. İndi isə biz iqtisadiyyata və enerji müstəqilliyinə realist yanaşmadan danışa bilərik. Bunsuz Çexiya və Slovakiyanın mövqeyini anlamaq olmaz. Macarıstana gəldikdə isə, burada ideoloji və siyasi aspektlər böyük rol oynayır. Macarıstan baş naziri Viktor Orban çoxdandır deyir ki, ölkəsinin demokratiya yolu, plüralizm, insan haqları ilə bağlı fəaliyyəti onun üçün maraqlı deyil. Bu mövqe isə Rusiya siyasi elitasının təbliğ etdiyi yola çox yaxındır. Tarixi bilmək, 1956-cı ildə Macarıstanın, 1968-ci ildə isə Çexoslovakiyanın başına gələnlərdən xəbərdar olmaq, hələ bu ölkələrlə bağlı hazırkı situasiyanı anlamaq üçün yetərli deyil. Rusiya tərəfində kifayət qədər rıçaqlar var ki, AB-nin bir sıra dövlətlərini öz düzgünlüyü ilə bağlı inandırsın. Bu rıçaqlardan biri qazdır. Məsələn, bu sahədə Slovakiya Rusiyadan çox asılıdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info