Britaniyalı parlamentarilər məcburi köçkünlərə dair parlament təşəbbüsünü dəstəkləyib
Tarix: 09.09.2014 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Böyük Britaniya Parlamentinin İcmalar Palatasında hər partiyanı təmsil edən 50-dən artıq parlament üzvü BMT-nin Dünya Qaçqınlar Gününün BMT-nin Dünya Qaçqın və Ölkə Daxilində Köçürülmüş Şəxslər (məcburi köçkün) Günü kimi qeyd olunmasını təklif edən sənədə imza atıblar.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, sənəd Liberal Demokrat Partiyasının sədr müavini və Beynəlxalq İnkişaf Komitəsinin sədri Ser Malkolm Brüs tərəfindən müzakirəyə çıxarılıb. Bu, onun Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycana təşkil etdiyi səfəri zamanı azərbaycanlı məcburi köçkünlərin düşərgələrinə səfərindən sonra baş verib.
Digər sponsorlar Mühafizəkar Partiyasının üzvü, keçmiş nazir Peter Bottomley, həmçinin Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Bləkman də Azərbaycandakı məcburi köçkün düşərgəsinə səfər ediblər. Leyborist Partiyasının üzvləri Alan Meale, Anne Begg, Əmək və Pensiya Komitəsinin sədri və Demokratik Birliyin təmsilçisi Cim Şannon bu təşəbbüsü dəstəkləyənlər sırasındadırlar.
Dəstəyin böyük hissəsi AAC-ın təşəbbüsü olan “Many Happy Return”s (Xoş Arzularla) kampaniyası (www.manyhappyreturnsidp.com) çərçivəsində göstərilmişdir. Bu kampaniya dünyada ən çox məcburi köçkün əhaliyə malik ölkələrdən olan Azərbaycana yönəlib. Britaniya parlamentinin üzvlərinə göndərilən açıqcaların üzərində olan məcburi köçkün düşərgələrində yaşayan bir neçə kişi, qadın və uşaq şəkillərini əks etdirən təsirli şəkillər onları bu təşəbbüs sənədini imzalamağa sövq edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info