Mədəni sərvətlərin müvəqqəti ixrac müddəti və siyahısı müəyyənləşib
Tarix: 09.09.2014 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nı təsdiq edib.
Bu qayda mülkiyyət formasından asılı olmayaraq, sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar müvəqqəti ixrac olunan Azərbaycan milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş bütün mədəni sərvətlərə şamil olunur.
Mədəni sərvətlərin müvəqqəti ixracı dedikdə, Azərbaycan ərazisində olan mədəni sərvətlərin 36 ay ərzində geri qaytarılması öhdəliyinin götürülərək Azərbaycan Respublikasının ərazisindən aparılması başa düşülür. Bu mədəni sərvətlərə təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravüralar, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar, kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri, əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər, tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatları, səhnə və ekran geyimləri, dekorları, butaforiya və rekvizitləri, qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.), şifahi xalq yaradıcılığı nümunələri, arxeoloji və numizmatik xarakterli əşyalar, flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları daxildir.
Mədəni sərvətlərin müvəqqəti ixracı Azərbaycan Respublikasının rezidenti olan bütün hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilə bilər. Mədəni sərvətlərin müvəqqəti ixracının mümkünlüyü barədə Mədəniyyət və Turizm Nazirliyi qərar qəbul edir. Mədəni sərvətlərin müvəqqəti ixracı mülkiyyətçinin və ya onun səlahiyyətli nümayəndəsinin Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciəti əsasında həyata keçirilir. Müvəqqəti ixrac olunan dövlət və ya bələdiyyə muzeylərində, arxivlərində, kitabxanalarında və ya digər təşkilatlarında olan mədəni sərvətlər öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi istifadə oluna bilməz. Mədəni sərvətin müvəqqəti ixracının mümkünlüyü müəyyən edildikdə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətin mühafizə şəhadətnaməsi verilir.

Müvəqqəti ixrac olunan mədəni sərvətlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə şəhadətnaməsində göstərilmiş vaxtda geri qaytarıldıqda, onların mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi bu barədə dərhal Mədəniyyət və Turizm Nazirliyinə məlumat verir və həmin əşyaları 3 gün müddətində Mədəniyyət və Turizm Nazirliyinə ekspertiza üçün təqdim edir. Əşyaların təqdim edildiyi tarixdən 10 gün müddətində ekspertizası həyata keçirilir. Müvəqqəti ixrac olunan mədəni sərvətlər geri qaytarıldıqdan sonra tərtib olunan ekspertizanın nəticələrində mədəni sərvətin müvəqqəti ixrac olunduqdan sonra saxlanılması vəziyyəti barədə nəticələr göstərilməlidir. Əgər müvəqqəti ixrac olunan mədəni sərvətin vəziyyətində dəyişikliklər olarsa, Mədəniyyət və Turizm Nazirliyi onun müvəqqəti ixrac olunmazdan əvvəlki vəziyyətinin bərpa edilməsi üçün bütün lazımi tədbirlərin həyata keçirilməsini təmin etməli və şəxsin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması üçün dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info