Metroda yeni yanğından mühafizə sistemi tətbiq edilir
Tarix: 09.09.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteninin stansiyalarında yeni yanğından mühafizə sisteminin tətbiq edilməsinə başlanılıb. Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, Bakı Metropolitenində yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məqsədilə yeni inşa edilən stansiyalarda müasir tipli avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi quraşdırılır: "Bu sistem yeni inşa edilən xətlərdəki bütün stansiyalarda quraşdırılır. Yeni mühafizə sisteminin tətbiqindən sonra metroda hər hansı yanğın hadisəsi baş verən zaman həm siqnalizasiya, həm də onun söndürülməsi mexanizmi işə düşəcək və yanğın avtomatik qaydada söndürüləcək. Bakı Metropoliteni rəhbərliyinin göstərişi ilə artıq köhnə stansiyalarda da yeni sistemin tətbiq edilməsi planlaşdırılır".
N.Paşayev deyib ki, hazırda yeni sistemin köhnə stansiyalarda da tətbiq olunması istiqamətində iş aparılır: "Sovet dövründə inşa edilən stansiyaların heç birində nə siqnalizasiya, nə də avtomatik yanğınsöndürmə sistemi olub. Lakin nisbətən yeni inşa edilən "Dərnəgül", "Azadlıq prospekti", "Nəsimi", "İçərişəhər", "28 may", "Koroğlu" stansiyalarında artıq müasir yanğından mühafizə sistemi qurulub. Gələcəkdə köhnə stansiyalarda da yeni sistemin quraşdırılması nəzərdə tutulur. Yəni bu, mümkünsüz deyil. Sadəcə Sovet dövründə inşa edilmiş həmin stansiyalarda əvvəlcədən belə sistemin quraşdırılması nəzərdə tutulmadığından orada əsaslı dəyişikliklər və inşa işlərinin həyata keçirilməsi tələb olunur".
O, həmçinin bildirib ki, hazırda bütün stansiya və vaqonlarda yanğınsöndürmə balonları qoyulub. Balonlar mütəmadi olaraq sınaqdan keçirilir, lazım gəldikdə isə yeniləri ilə əvəz olunur.
N.Paşayev qeyd edib ki, metronun bütün stansiyalarındakı yanğından mühafizə sistemi mütəmadi olaraq həm Bakı Metropoliteninin Yanğından mühafizə dəstəsi, həm də FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yoxlanılır, onun təkmilləşdirilməsi üçün tövsiyələr verilir. Bundan əlavə, FHN-in əməkdaşları ilə birgə metropoliten əməkdaşlarına yanğından mühafizə təlimləri keçirilir, yaranan hər hansı hadisəyə qarşı operativ reaksiya verilməsi üçün mütəmadi təkmilləşmə seminarları təşkil olunur, işçilər müvafiq qaydada təlimatlandırılır.
Bundan əlavə, əhali məlumatlandırıcı lövhələr vasitəsilə yanğın təhlükəsi doğuran əşyaların metropoliten ərazisinə daxil edilməsinin qadağan olunması, eləcə də yanğın təhlükəsizliyinə riayət edilməsi barədə maarifləndirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info