“Naxçıvan Aqrolizinq” ASC payız mövsümünə tam hazırdır
Tarix: 09.09.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) bu ilin payız mövsümündə muxtar respublikada aparılacaq kənd təsərrüfatı işlərinə tam hazırdır.
“Naxçıvan Aqrolizinq” ASC-dən verilən məlumata görə, 190 ədədi 2014-cü ildə olmaqla, 1435 ədəd müxtəlif təyinatlı müasir kənd təsərrüfatı texnikası və avadanlıq ASC tərəfindən alınaraq muxtar respublikaya gətirilib.
“Naxçıvan Aqrolizinq” ASC-də və onun Şərur, Babək, Culfa, Sədərək, Kəngərli, Ordubad, Şahbuz rayon bazalarında icarəyə verilmiş 156 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası vardır. Gələn ilin bol məhsulu üçün bu texnikaların gücündən səmərəli istifadə ediləcəkdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına texnikanın lizinq yolu ilə satılması onlara uzunmüddətli dövrdə görüləcək işlər üçün mühüm dəstəkdir. Ümumiyyətlə, indiyədək muxtar respublikada nağd, köçürmə və lizinq yolu ilə satılan texnika, texnoloji avadanlıqların sayı 1124 ədəd olub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” ASC kənd təsərrüfatının müasir texnikalarla təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir, cins mal-qaranın alınaraq muxtar respublikaya gətirilməsini və lizinq yolu ilə fermerlərə verilməsini təmin edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Astarada imtiyazlı vətəndaşlara maddi yardım və ərzaq verilib
07.04.2020
Masallıda 1400 nəfər insana ərzaq paylanıb
07.04.2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə, ölənlərin sayı 8-ə çatıb
07.04.2020
Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib
07.04.2020
Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info