“Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”
Tarix: 09.09.2014 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


“Bakıda keçirilən “Şərq Tərəfdaşlığı” proqramının xarici işlər nazirlərinin görüşü iştirakçı ölkələrin Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsinə imkan yaradacaq”.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən 4-cü qeyri-rəsmi görüşünün açılışında deyib. Nazir bildirib ki, Azərbaycan bu il çox intensiv şəkildə Avropa İttifaqı ilə inteqrasiya məsələlərini müzakirə edib.
Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle isə çıxışında bəyan edib ki, “Şərq Tərəfdaşlığı”na daxil olan 6 ölkə Aİ üçün vacib ölkələrdir: “Biz bu altı ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.
Ş. Füle qeyd edib ki, toplantıda regionda baş verənlər müzakirə olunacaq: “Bu görüş Avropa İttifaqını daha yaxından anlamağa, sülh və sabitlik üçün birlikdə nələr edə biləcəyimizi müəyyənləşdirməyə imkan verəcək”.
Avropalı komissarın fikrincə, bu görüş tərəflər arasında həmrəyliyi və etimadı gücləndirəcək.
Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmidt isə Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı gələcəkdə daha da möhkəmləndirmək istədiyini vurğulayıb: “Xüsusilə bizim üçün çox vacib olan enerji və təhlükəsizlik sahələrində”.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info