Gəncədəki “ASAN xidmət“ mərkəzində hüquqi mövzuda təlim keçirilib
Tarix: 09.09.2014 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Gəncədəki "ASAN xidmət" mərkəzində Könüllülər üçün ailə-nikah münasibətləri mövzusunda iki gün ərzində hüquqi təlim keçirilib.
Bakı Hüquq Mərkəzindən (BHM) verilən məlumata görə, təlimdə Gəncə "ASAN xidmət" mərkəzinin 25 nəfər könüllüsü iştirak edib.
BHM-in hüquqşünası Babək Həmidovun təlimçi kimi iştirak etdiyi ikigünlük təlimdə könüllülərə nikahın bağlanması qaydaları, ər-arvadın hüquq və vəzifələri, uşaqların ailədəki hüquqları, aliment öhdəlikləri, nikahın pozulması qaydaları, nikah pozularkən ər-arvadın hüquq və vəzifələri, birgə mülkiyyət barədə ətraflı məlumat verilib.
Təlim zamanı könüllülərin həm təlim mövzusuna aid, həm də digər hüquq münasibətlərinə aid sualları cavablandırılıb.
Təlimçi Babək Həmidovun dediyinə görə, təlim könüllülər tərəfindən yüksək qiymətləndirilib, digər hüquqi mövzularda da təlimlərin keçirilməsinə dair təkliflər verilib.
Qeyd edək ki, gələcəkdə könüllülər üçün digər hüquqi mövzularda da təlimlərin keçirilməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq
19.04.2019
Masallıda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirilib
19.04.2019
“Nəsimi ili” ilə bağlı Masallıda şeir müsabiqəsi
19.04.2019
Bakının Baş planı nə vaxt hazır olacaq?
18.04.2019
“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info