“Macarıstanda hər zaman ölkəmizi lazımı səviyyədə təmsil edirik”
Tarix: 09.09.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Ramiz Əmirli: “Son illər Macarıstanla Azərbaycan arasında uğurlu əlaqələr qurulub”

"Macarıstan-Azərbaycan əlaqələrinin yaxşı olması üçün var gücümlə çalışmışam və hər zaman fəaliyyətim bundan ibarət olacaq". Bu sözləri Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin rəhbəri Ramiz Əmirli Macarıstan-Azərbaycan əlaqələri haqqında danışarkən bildirdi.
R.Əmirli 31 ildir ki, Macarıstanda yaşadığını və burada çoxlu dostlarının olduğunu dedi: "Hər zaman dostlarıma Azərbaycan haqqında məlumatlar vermişəm. Həmişə arzum bu olub ki, iki qohum ölkə arasında əlaqələr yaxşı və ürəkaçan olsun. Biz buna nail olmuşuq. Son illər iki dost ölkə arasında uğurlu əlaqələr qurulub.
Məsələn, Ramil Səfərovun Azərbaycan ekstradisiya olunması, iki ölkə arasında təyyarə xəttinin açılması, siyasi-iqtisadi və turizm əlaqələrinin artması buna işarədir. Gələcəkdə əlaqələrimiz artan üzrə davam edəcək. Bunun gələcək üfüqləri sağlam təməllər üzərində qurulub".
R.Əmirli Macarıstanda çox az sayda azərbaycanlının yaşadığını da dedi: "Buna baxmayaraq istənilən yerdə lazımı işlərin həyata keçməsi üçün istənilən səviyyədə təsir qüvvəmiz var. Cəmiyyətimiz də hər zaman ölkəmizi lazımı səviyyədə təmsil edir, səfirliyimizlə çox sıx əlaqəsi var. Bütün tədbirlərdə iştirak edirik".
Onu da xatırladaq ki, R.Əmirlinin Türkiyənin yeni seçilmiş baş naziri Əhməd Davudoğlu ilə sıx dostluq əlaqələrinin olduğu haqqında eşitmişdik. Bu barədə ondan soruşduqda fikirlərimizi təsdiqlədi: "Bəli, mənim Türkiyənin yeni seçilmiş baş naziri Əhməd Davudoğlu ilə dostluq münasibətim var. O, olduqca gözəl insandır. Onu qısa olaraq belə xarakterizə edərdim: Yaxşı dost, xoş niyyətli insan və güclü siyasətçi. Onun haqqında saatlarca danışmaq olar.
Davudoğlu maraqlı şəxsiyyətdir. İnsan onun söhbətlərində qulaq asdıqca doymur. Böyük zəngin dünya görüşə malikdir. Baş nazir seçilməsi xəbəri məni sevindirdi. İnanıram ki, Türkiyə onun zamanında daha böyük və qüdrətli bir dövlət olacaq. Çünki qardaş ölkənin böyük potensialı var. Unutmaq olmaz ki, qardaş ölkənin güclü olması, Azərbaycanın güclü olması deməkdir.
Eyni zamanda Davudoğlu Azərbaycanı sevən dəyərli bir siyasətçidir. Eləcə də Türkiyə həmişə bütün türk dilli millətlərin yanında olacaq və bu siyasi kursu uğurla davam etdirəcək. Türk dünyasının güclənməsi Azərbaycan və Türkiyənin strateji marağıdır. Axı, Türkün türkdən başqa dostu yoxdur. Bunu gözəl anlayırıq. Bir daha dostum və qardaşım Əhməd Davudoğlunu təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram. Hər şey türk milləti üçün xeyirli olsun!".


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info