Vüqar Bayramov nazirlərin qeyri-rəsmi görüşündə çıxış edib
Tarix: 09.09.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Bakıda Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü keçirilir. Görüşün əsas məqsədi Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq tərəfdaşlığı ölkələrinin Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər və əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılmasıdır. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Moldova baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Natalia Qerman, Gürcüstanın xarici işlər naziri Maya Pandcikidze, Belarusun xarici işlər nazirinin müavini Yelena Kupçina, Ukrayna xarici işlər nazirinin müavini Yelena Zerkal, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidməti baş katibinin müavini Helqa Şmid iştirak edirlər. Tədbiri açan Elmar Məmmədyarov deyib ki, bu görüş Şərq tərəfdaşlığı proqramının iştirakçısı olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsinin aparılmasına imkan yaradacaq. Avropa Birliyinin vitse-prezidentinin açılış nitqindən sonra Elmar Məmmədyarov sözu Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramova verib. Azərbaycanlı alim regionda baş verən son dəyişikliklərlə bağlı çıxış edib. Rusiya Ukrayna münaqişəsini və eləcə də regiondaki son durumu qiymətləndirən Vüqar Bayramov eyni zamanda hökumətin vətəndaş cəmiyyətinin inkişafını daha yaxından dəstəklənməsindən məmnun olduğunu deyərək əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret təkliflərlə çıxış edib. Vüqar Bayramov vətəndaş cəmiyyəti ilə hökumət qurumları arasında dialoqun inkişaf etməsini müsbət qiymətləndirib.
İlkin





 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info