Gənc alimlər üçün müsabiqə keçirilir
Tarix: 09.09.2014 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


“Əsrin müqaviləsi” böyük neft sazişinin imzalanmasının 20-ci ildönümü münasibətilə neft-qaz və neft-kimya sahəsində fundamental və tətbiqi tədqiqatlarda aktiv iştirak edən gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə müsabiqə elan olunur. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqədə akademiyanın elmi müəssisələri tərəfindən irəli sürülən, yaşı 35-dək olan gənc alimlər iştirak edə bilərlər. Müsabiqədə iştirak edəcək gənc alimlər başa çatdırdıqları elmi tədqiqatlar, əldə etdikləri mühüm elmi nailiyyətlər və onların elmi-praktiki əhəmiyyəti haqqında dolğun məlumatı müəyyən edilmiş formaya uyğun olaraq elektron variantı ilə birlikdə sentyabrın 15-dək AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Elmi-təşkilat idarəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info