Qəbələ və Oğuz info-turunda nələr gördük?
Tarix: 09.09.2014 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


“Veysəloğlu” şirkətinin təşkilatçılığı ilə media nümayəndələri üçün Qəbələ və Oğuza təşkil olunan info-tur orijinallığı ilə yadda qaldı

Ötən həftə sonu “Veysəloğlu” şirkətinin təşkilatçılığı və dəstəyi ilə 50-yə yaxın media nümayəndəmiz üçün Qəbələ və Oğuza olduqca maraqlı və yaddaqalan info-tur təşkil olunmuşdu. Qeyd edək ki, info-tur, istehsal və təqdim etdiyi məhsullarla Azərbaycan bazarında xüsusi çəkiyə malik olan"Veysəloğlu” MMC-nin 20 illik yubileyi ilə bağlı təşkil edilmişdi. İnfo-turda iştirak etdiyimiz üçün bəzi təəssüratlarımızı oxucularla bölüşmək istərdik.
Öncə qeyd edək ki, Azərbaycan bazarında “Veysəloğlu” şirkətinin istehsal etdiyi məhsullar üstünlük və prestij təşkil edir, yüksək keyfiyyəti ilə fərqlənir. Süfrələrin bəzəyi olan müxtəlif çeşidli şokolad, karamellər və sair məhsulların dadı və yüksək keyfiyyəti inkarolunmazdır. Tur çərçivəsində füsunkar turizm mərkəzləri olan Qəbələ və Oğuz rayonlarında əsl turist istirahəti yaşadıq. Eyni zamanda, jurnalistlər üçün çox maraqlı məlumatlandırıcı və informativ tədbirlər təşkil edildi. Bir sözlə,media mənsublarının həftə sonunu çox gözəl və unudulmaz keçirmələri üçün hər bir şərait yaradılmışdı. Son model və komfortlu avtobusda hətta, jurnalistlər “Wi-Fi” da vardı ki, bu da media mənsubları üçün olduqca vacibdi. Səfər proqramı isə olduqca sürprizli və xoş idi ki, səfərin gedişində biz bunun əyani şahidi olduq. Media mənsublarının bir-birilə səmimi və şən müzakirələri, zarafatlaşmalarının müşayiəti ilə yol getdik və yolun necə bitdiyini heç duymadıq... Qəbələyə daxil olanda, rayonun yeni simaya malik görünüşü, abadlığı, dəbdəbəli görkəmi ilə bərabər,yaşıllıqlara bürünmüş dağları, təbii şəraiti, özünəməxsus təbiəti diqqəti cəlb edir. Getdikcə uzanan, yamacları sıx və yaşıl meşəliklə örtülü zirvələri seyr etmək, bu gözəlliyin bəxş etdiyi mənəvi qidadan doymaq mümkün deyil. Göz oxşayan mənzərələri seyr etdikcə xəyallara qərq olur, əvəzsiz hisslər yaşayırsan. Yeri gəlmişkən, eyni fikirləri qonşu Oğuz rayonunun təbiəti haqqında da deməkolar. Oğuz rayonu heç də təbii şəraiti və turistik imkanları baxımından nə Qəbələdən, nə də Şəkidən geridə qalan deyil. Əksinə, Oğuz, bütün təbii imkanları ilə bərabər, eyni zamanda, İsmayıllı-Qəbələ-Şəki turizm marşrutunda yerləşir. Bu isə rayonun turizm potensialını daha çox üzə çıxarmaq, reallaşdırmaq və ora çoxlu turist axınına nail olmaq üçün əlavə imkanlar yaradır...
Qeyd edək ki, Qəbələdə “Qafqaz Karvansaray” hotelində yerləşdirildik ki, bu hotel də göstərdiyi yüksək xidmətlər baxımından örnək sayıla bilər...
Beləliklə, səfər çərçivəsində şirkətin İçtimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə “Qafqaz Karvansaray” hotelində təmsil etdiyi müəssisənin fəaliyyəti ilə bağlı geniş təqdimat etdi. İ.Məmmədzadə bildirdi ki, “Veysəloğlu” Satış və Distribütor şirkəti 1994-cü ildə yaradılıb. "Veysəloğlu” MMC sırf Azərbaycan şirkətidir. İlk zamanlar topdan satış mərkəzi kimi işə başlayan şirkət inkişaf edərək, hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib: "Yalnız Türkiyə Respublikasından qida məhsulları idxalı ilə fəaliyyətə başlayan şirkət, hazırda siyahısına Rusiya, Ukrayna, Belarus, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, İtaliya, Koreya və s.kimi ölkələrlə əməkdaşlıq edir. Məqsəd Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərməkdir”.
İ.Məmmədzadə qeyd etdi ki, şirkətin Bakı şəhərində yerləşən Mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan şəhərində yerləşən filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir şəhərində yerləşən filialı var: "Şirkətin müasir anbar infrastrukturuna malik olması və dünyanın 100-dən çox aparıcı istehsalçılarının (Türkiyə, Rusiya, Ukrayna, Belarus, Almaniya, Fransa, Macarıstan, Polşa və s. kimi ölkələrin) distribütorluğunu həyata keçirməsi inkişafa daim təkan veir. "Veysəloğlu” MMC-nin məhsulları ən müasir texnologiyalarla istehsal edilir. Şirkət müştərilərinə keyfiyyətli satış, xidmət göstərmək üçün müasir texnologiyaların uğurlarından da bacarıqla istifadə edir. Belə ki, sahədə olan əməkdaşların müştərilərlə işini yüksək səviyyədə təşkil etmək üçün əl terminalları vasitəsi ilə onlayn olaraq məlumatlar mübadiləsi aparılır. Alınan sifarişlər tez bir zamanda müştərilərimizə çatdırılır”.
Təqdimatdan və hoteldə bir az dincələndən sonra gəzinti başladı. Qeyd edək ki, səfər çərçivəsində Qəbələnin və Oğuzun ən gözəl turizm imkanlarından yararlanmaq üçün bütün şərait yaradılmışdı. Məsələn, Duruca kəndində kanat xətti ilə 1200 metrdən yuxarı hündürlüyə qalxmaq, həmin məsafədən ətrafı, eləcə də aşağıları seyr etmək kimi maraqlı, həm də həyəcanlı, zövqverici anlar yaşadıq. Mənzərə dolu dağlarda kanat xətti ilə üç mərhələdə gəzinti həyata keçirdik. Bu möhtəşəm turdan sonra yenidən hotelə qayıtdıq...
Sabahkı gün daha bir tur da olduqca maraqlı və əsrarəngiz keçdi. Belə ki, Qəbələdən sonrakı “destination” Oğuz rayonu oldu. Sən demə, qarşıda bizi əvvəlkindən heç də geri qalmayan maraqlı anlar gözləyirdi.Bu rayona təşkil edilən səfər də olduqca yaddaqalan anları ilə diqqəti cəlb etdi. Xüsusilə, təbiət vurğunu olanlar üçün Oğuz qeyri-adi meşəlikləri, yaşıllığa bürünmüş dağları, xüsusilə Xalxal meşəlikləri ilə əsl cənnətdir. Zəngin təbiəti ilə jurnalistləri də heyran edən Xalxal meşəliyində gözəl şəlaləyə tamaşa etmək, onun dibindəki göldə qayıqla üzmək, yaxınlıqdakı nohurda üzən gözəl və dadlı forel balıqlarına baxıb əylənmək və hətta, tilovla forel balığını tutmaq fürsətini fövtə verməmək çox gözəl və inanılmaz anlar yaşatdı. Xüsusilə qeyd edim ki, jurnalistlər arasında tilovla forel tutmaq təkcə bəndənizə nəsib oldu. Digər dostlarımıza bunun üçün sadəcə vaxt qalmadı – çünki çoxluca gəzintidən, qayıqla üzməkdən və şəkil çəkdirməkdən sonra, artıq günorta yeməyinin zamanı çatmışdı. Əslində isə burada forel balığı tutmaq çox asandır, çünki nohur balıqla doludur. İstədiyin qədər əyləncə və həzzlə forel tuta bilərsən. Turistlər forel tutduqdan sonra, onu həmin turizm obyektinin yanındakı işçisinə verir, orada tərəzidə forellər çəkilir, bir kiloqramı 10 manatdan turistə satılır. Yəni foreli, təbiət qoynunda canlı-canlı, təbii üsulla ovlamaqla alırsan. Bu da orijinal və çox maraqlı üsuldur. Yeri gəlmişkən, bu turizm mərkəzinin adı da elə forellə bağlıdır. Qeyd edək ki, təbiət qoynunda jurnalistlər üçün təşkil edilən süfrənin menyusunda dadlı forel balığı da vardı, amma bu, təbii ki, info-tur iştirakçıları üçün kiloqramı 10 manata yox, təmənnasız idi...
Beləliklə, iki günlük info-tur çox yüksək peşəkarlıqla keçirilməsi və rəngarəngliyi ilə yadda qaldı. Səfər çox maraqlı, yaddaqalan, orijinal və xoş oldu. Hər şey çox yüksək peşəkarlıqla və jurnalistlərin bütün rahatlıqları, komfortu nəzərə alınmaqla keçirildi. Doğrusu, biz çox info-turlarda iştirak edirik və digər info-tur keçirən qurumlardan da məhz "Veysəloğlu" şirkətindən örnək götürməyi tövsiyə edərdim. Xüsusilə, tədbirin bu cür yüksək səviyyədə təşkil olunmasına görə bu işdə İlham Məmmədzadənin zəhmətini də qeyd etmək lazımdır.
İlkin AĞAYEV
Bakı-Qəbələ-Oğuz-Bakı




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info