Zoran Stavreski: “Azərbaycanla iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar var”
Tarix: 09.09.2014 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Azərbaycan-Makedoniya İşgüzar Görüşü keçirilib

Makedoniya Respublikasının Baş nazirinin müavini, maliyyə naziri Zoran Stavreskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfərin ilk günü Makedoniya nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Makedoniya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Dünən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Makedoniya Respublikasının Baş nazirinin müavini, maliyyə naziri Zoran Stavreskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İki ölkə arasında mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, iki ölkə arasında əlaqələrin genişlənməsində Azərbaycan-Makedoniya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun fəaliyyəti də əhəmiyyətlidir. Azərbaycan və Makedoniya arasında indiyədək 4 sənəd imzalanıb, bir sıra sənədlər isə müzakirə mərhələsindədir. Ticarət əlaqələri Azərbaycan və Makedoniya arasında ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan və Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu, Azərbaycanın investisiya ixracatçısı olduğunu qeyd edən nazir Şahin Mustafayev müqavilə-hüquqi bazanın genişləndirilməsinin vacibliyini, sənaye, kənd təsərrüfatı, tekstil, əczaçılıq və turizm sahəsində əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Şahin Mustafayev münaqişənin regional inkişafa əsas maneə olduğunu qeyd edib. Makedoniya Respublikasının Baş nazirinin müavini, maliyyə naziri Zoran Stavreski ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirib, ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb, Makedoniya-Azərbaycan əlaqələrinin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb. Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Makedoniya İşgüzar Görüşü keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Makedoniya arasında əlaqələrin iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayıb. Bildirilib ki, biznes forumlar, işgüzar görüşlər və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlər ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətlidir və bu günkü işgüzar görüş də ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət töhfəsini verəcək. Şahin Mustafayev Azərbaycan və Makedoniya arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya qoyuluşu, ticarət və s. sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Azərbaycana səfərindən, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edən Makedoniyanın Baş nazirinin müavini, maliyyə naziri Zoran Stavreski dostluq zəminində qurulan Azərbaycan-Makedoniya münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb, azərbaycanlı iş adamlarını Makedoniyada investisiya layihələrində fəal iştiraka dəvət edib. Zoran Stavreski Makedoniya iqtisadiyyatına və biznes imkanlarına dair də məlumat verib. Makedoniyanın Xarici İnvestisiyalar və İxracın Təşviqi Agentliyinin icraçı direktorunun müavini Kliment Sekerovski Makedoniyanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib. İşgüzar görüşdə Azərbaycan-Makedoniya iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb, Azərbaycan iş adamlarının Makedoniya iqtisadiyyatına dair sualları cavablandırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info