Qusarda mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələri yaradılacaq
Tarix: 09.09.2014 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsi üzrə işlər yekunlaşıb. Layihənin birinci mərhələsində Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 85 litr və ya sutkada 7344 kubmetr olan drenaj tipli suqəbuledici qurğu inşa edilib. Su mənbəyindən şəhər istiqamətinə 355 və 225 mm diametrli borularla 21 km uzunluğunda magistral su xətti çəkilib. Qusar şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsini təmin etmək üçün hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarı inşa olunub. Eyni zamanda 2,8 km uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikilib. Hazırda layihənin ikinci mərhələsi üzrə işlər davam etdirilir. Bu mərhələdə Qusar şəhərində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələri yaradılacaq. İndiyədək 106,5 km uzunluğunda su şəbəkəsinin 10 km-lik, 102 km uzunluğunda kanalizasiya xəttinin isə təxminən 51 km-lik hissəsində işlər başa çatıb, 400-dən artıq ev birləşməsi verilib. Ümumilikdə 6100-dən çox abunəçi yeni şəbəkəyə qoşulacaq və onların hər biri smart-kart tipli sayğaclarla təmin olunacaq. Layihə çərçivəsində Qusar şəhəri ilə yanaşı, rayonun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, və Xuray, həmçinin Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərinə də içməli su veriləcək.
Qusar şəhərində yaranan tullantı suları gələcəkdə Xaçmaz rayonunda inşa ediləcək məhsuldarlığı sutkada 100 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuya ötürüləcək. Bu qurğuda Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənəcək. Qeyd edək ki, 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla “Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsindən Qusar şəhəri və ətraf 10 kəndin 31,5 min nəfər sakini faydalanacaq.

Nigar






 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info