Cenevrədə Nizami Gəncəvi fəlsəfəsində etik prinsiplərin araşdırılmasına həsr olunan beynəlxalq forum keçiriləcək
Tarix: 09.09.2014 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Andorranın paytaxtı Andorra La Vella şəhərində keçirilmiş “Avropada etimadın bərpa olunması” beynəlxalq konfrans çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VII toplantısı baş tutub. Toplantıda Mərkəzin 2013-2014-cü illər üçün fəaliyyəti haqqında hesabat dinlənilib, 2014-2015-ci ildə həyata keçiriləcək yeni layihələr, beynəlxalq tədbirlər müzakirə olunaraq təsdiq edilib. Mərkəzin İdarə Heyətinin qərarına əsasən, 2015-ci ilin aprel ayında Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu ilə yanaşı, yaxın vaxtlarda İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi fəlsəfəsində etik prinsiplərin araşdırılmasına həsr olunan beynəlxalq forum, Misir, Yunanıstan, İtaliyada isə Ali Qrup toplantıları təşkil olunacaq. Mərkəzin İdarə Heyətinin iclasında III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əsas istiqamətləri də müəyyənləşdirilib. Növbəti Forumda sabiq ölkə rəhbərləri və ekspertlər Avropa məkanında münaqişələr, xüsusilə “dondurulmuş” münaqişələrin həllində yeni metodların tətbiqi, Çin-Yaponiya-Koreya təhlükəsizlik alyansının yaradılması, Yaxın Şərq regionunda və ərəb dünyasında, əsasən də Suriya və Liviyada baş verən proseslər, o cümlədən İŞID-a qarşı NATO-nun müharibə elanı kimi problemləri müzakirə edəcəklər. Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyət göstərdiyi iki il ərzində qazandığı beynəlxalq uğurlar yüksək qiymətləndirilib, bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Mərkəzə göstərdiyi dəstək və diqqət xüsusi vurğulanıb. Toplantı iştirakçıları Mərkəzin Beynəlxalq Qadın Parlamentarilər Təşkilatı, Dünya Elm və İncəsənət Akademiyası kimi qurumlarla əməkdaşlığı təqdirəlayiq hal kimi dəyərləndirilib. Qeyd edək ki, iclasda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Andorra Parlamentinin sədri Visenç Mateu, Andorranın sabiq hökumət baçsısı Oskar Ribas, eks-prezidentlər Stefan Mesiç (Xorvatiya), Emil Konstantinesku (Rumıniya), Boris Tadiç (Serbiya), Petar Stoyanov (Bolqarıstan) iştirak edir. Bundan başqa, Andorranın sabiq Baş naziri Oskar Ribas, İsveç Konfederasiyasının müşaviri Valter Fyust, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın İspaniya Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Altay Əfəndiyev, Gürcüstan Himayədarlar Şurasının sədri Guli Alasaniya və digəriləri iştirak edib. Xatırladaq ki, Andorrada keçirilmiş “Avropada etimadın bərpa olunması” beynəlxalq konfransı Diasporla İş üzrə Dövlət Komitəsinin və Andorra hökumətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info