“The National Interest”: “Vladimir Putin qələbə qazandı”
Tarix: 10.09.2014 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Ukraynanın şərqində döyüş sona çatıb”
"The National Interest" Ukraynada baş verən döyüşlərlə bağlı maraqlı yazı yazıb: “Ukrayna və separatçılar arasındakı bu münaqişənin gedişində Vladimir Putin qələbə qazandı. Son aylarda belə görünürdü ki, Qərbin tətbiq etdiyi cəza sanksiyaları Ukraynanın uğuru üçün stumul yaradır. Belə ki, Ukrayna ordusu ilk uğursuzluqdan sonra tədricən separatçılar üzərində qələbə qazanmağa başladı. Hətta belə düşünülürdü ki, güclü təsirlə üzləşən Rusiya öz sərhədlərini bu münaqişədə itirəcək.
Təəssüf ki, Ukrayna üçün daha əhəmiyyətli bir sual meydana çıxırdı ki, bu ölkə bir neçə min döyüşçü üzərində qələbə qazana biləcəkmi və ya hərbi gücdən istifadə etməklə özünün “ixtira”sı olan münaqişəni sonuna qədər aparacağına Moskvanın kifayət qədər iradəsi olacaqmı? İndi biz bu suala aydın olaraq “bəli” cavabını verə bilərik. Ukraynanın şərqdə qələbəyə heç bir ümid yeri yoxdur. Əgər arxaya nəzər salsaq, belə bir təəssürat yaranır ki, Putin bu sualın cavabını çoxdan bilirdi. Rusiya öz siyasi kapitalını da sərf etdikdən sonra çətin ki, Ukraynanın yeni hökumətinə şərqdə hərbi qələbə əldə etməyə imkan verərdi. Nəticədə ölkənin şərqində aparılan hərbi kampaniya yerli əhali arasında Kiyev hökumətinə qarşı narazılıqlarla sonuclandı. Atəşkəs saxlanılsa belə, nəticədə xəritədə Ukrayna və separatçı qüvvələr arasında ayrılıq xətti olacaq və təbii ki, bu da mütləq Rusiya tərəfindən idarə olunacaq yeni münaqişə ocağının yaradılmasına səbəb olacaq. Xatırladaq ki, Poroşenko keçmiş Sovetlər İttifaqından qalma dondurulmuş və həll edilməmiş separatizm ocaqlarından birinin də Ukrayna ərazisində yaradılmasının qarşısını almaq istəyirdi. Belə görünür ki, ukraynalılar Krımın itirilməsi ilə barışmalı olacaqlar, lakin onlar ölkənin şərqinin itkisini qəbul etməyə meyilli deyillər. Davamlı atəşkəs şərqin birləşdirilməsi istiqamətində ilk addım deyil, bu, onun Kiyevdən siyasi cəhətdən ayrılmasının başlanğıcıdır.
Atəşkəsin pozulacağı təqdirdə, Rusiya hərbi qarşıdurmalar prosesində daha da əhəmiyyətli bir qələbə qazanacaq. Bəlkə də Moskva açıq işğalçılıq siyasəti həyata keçirmək istəmir. Lakin inandırıcı görünmür ki, o, öz iştirakını artırmaqdan çəkinməyəcək.
Zaman indi Rusiyanın tərəfindədir. Ukrayna Prezidentinin qərarı ilə bu ilin oktyabrında ölkədə parlament seçkiləri keçiriləcək. Əgər Petr Poroşenko bu kampaniyadan qalib çıxarsa, onu hərbi məğlubiyyətdən sonra ilk siyasi hesablaşma gözləyir. Xatırladaq ki, Ukrayna dövlətində son zamanlar radikallaşma meyilləri artmaqdadır. Belə olan halda, ölkə separatçılığa güzəşt etməyə meyilli deyil. Deməli, Luqansk və Donetsk bölgələrinin gələcək siyasi statusunu uğursuzluq və məğlubiyyət şəklində müzakirə etmək fövqündə Poroşenkonun vəziyyəti o qədər də yaxşı deyil.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info