Rusiya Şimal qütbündə hərbi bazanın inşasına başlayıb
Tarix: 10.09.2014 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Rusiya Şimal qütbündə hərbi bazanın inşasına başlayıb. Şərq Hərbi Dairəsi Komandanlığının mətbuat katibi Aleksandr Qordeyev hərbi bazanın inşasında lazım olacaq tikinti materiallarının artıq Şimal qütbünə çatdırıldığını bildirib.
Şimal qütbundə -50 dərəcə temperaturda fəaliyyət göstərəcək hərbi kompleksdə idman salonu, sauna və psixoloji müalicə mərkəzləri olacaq. Bölgədə xidmət keçəcək şəxsi heyətin sosial ehtiyaclarının təmin olunması da planlaşdırılır. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu ilin aprel ayında Şimal qütbündə hərbi bazanın inşası ilə bağlı göstəriş verib. Moskvada hesab edirlər ki, neft-qaz ehtiyatları ilə zəngin bölgə strateji ticarət yollarının yenidən qurulması nəticəsində mühüm tranzit sahələrindən birinə çevriləcək. Həmin bölgədə dünyanın neft ehtiyatlarının 13 faizi, habelə qaz ehtiyatlarının 30 faizi yerləşir. Şimal qütbünə Rusiyadan başqa ABŞ, Kanada və Danimarka iddia edir.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info