Bakıda “Psixo-SOS Forumu” keçirilib
Tarix: 10.09.2014 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin Xarici Əlaqələr sektorunun müdiri Şəhla Cəlilzadənin rəhbərliyi ilə “Psixo-SOS Forumu” təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov dövlətimizin gənclərin ideyalarına dəstək verməsindən söz açıb.
Forumda, 14-29 yaş arası subbakalavr, bakalavr və magistrant gənclər iştirak ediblər. Eləcə də gənc psixoloq, sosioloq, filosof və bu kimi humanitar ixtisas nümayəndələri də ekspert qismində forumda öz fikirlərini bölüşüb, gənclər arasında son zamanlar yayğınlaşmış intihar halları, özünəqapanma, güvənsizlik, təcrid olunma və bu kimi problemlər ətrafında bəhs ediblər. Gənclərlə birbaşa müzakirələrdə öz sahələrində uğur qazanmış gənclər, QHT sektorunda və ictimai fəaliyyətdə fərqlənən gənc fəallar, gənc jurnalistlər və digərləri də iştirak ediblər.
Layihə rəhbəri Şəhla Cəlilzadə “Psixo-SOS Forum”un başlıca məqsədlərindən bəhs edib: “Forumda əsas məqsəd gənclər arasında mövcud olan və son zamanlarda xüsusən artan intihar halları, ünsiyyət əngəlləri, önyarğı, stressin idarə olunması, psixoloji problemlərin qarşısının alınması, həll yollarının tapılması və inkişaf etdirilməsinə dair məsələni ictimaiyyət üçün qabartmaq və SOS səviyyəsinə çatmış bu problemi müvafiq dövlət qurumlarının, nüfuzlu QHT-lərin və KİV-in nəzərinə çatdırmaqdan ibarətdir”.
Forum zamanı gənclərdə pozitiv düşüncənin, özünə inamın formalaşdırılması və gənclərimizin psixoloji inkişafına stimul verməklə bağlı məsələlərin vacibliyinə diqqət çəkilib. Çıxış edən natiqlər gənclərimizin sosial səbəblərlə gərginləşən psixoloji vəziyyətinə dair müxtəlif aspektlərdən şərhlər verib, iştirakçı gənclərin suallarına aydınlıq gətiriblər. İştirakçı gənclər də öz növbəsində gənclərin psixoloji sağlamlığı ilə bağlı məsələlərə dövlət qayğısının və ictimai diqqəti artırmağın vacib olduğunu vurğulayıblar.
Xatırladaq ki, layihə Prezident yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub. Proyekt ümumilikdə 16 iyul – 16 sentyabr tarixlərini əhatə edir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info