Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı artıb
Tarix: 10.09.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Bu ilin avqust ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 20 010 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% çox zəng daxil olub.
Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən verilən məlumata görə, canlı əlaqə zamanı 18 912 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 18,3%-i elektron imza, 14,1%-i əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 10,7%-i qeydiyyat, 9,3%-i elektron xidmətlər, 7,7%-i vergi ödəyicisinə göndərilmiş mesajların məzmunu, 6,3%-i vergi növləri, 3,8%-i büdcə ilə hesablaşmalar barədə olub.
Daxil olmuş müraciətlərin 3,9%-i barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib. Araşdırmaya qəbul edilmiş sual xarakterli müraciətlər orta hesabla 2,1 gün ərzində cavablandırılıb.
Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 1 519 dəfə vergi borcu, 552 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.
Həmin dövrdə vergi ödəyiciləri onlara 449 158 mesaj göndərilməklə məlumatlandırılıb ki, onlardan 447 668-i qısa mesaj, 696-sı ikitərəfli mesaj, 774-ü isə səsli mesaj olub. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 94,3% olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info