Vüqar Bayramov: “İnsanlara öz fəaliyyətinə görə qiymət verilməlidir”
Tarix: 10.09.2014 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


“İqtisadçı kimi fəaliyyətimi davam etdirərək cəmiyyətə daha çox xeyir verə bilərəm”

Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürən qardaşı Qubad İbadoğlu ilə fərqli cəbhələrdə yer alması barədə səslənən fikirlərə münasibət bildirib. Vüqar Bayramov deyib ki, hər bir şəxsin fəaliyyətinin fərdi olaraq qiymətləndirilməsinin tərəfdarıdır: "Nə mənə Qubad İbadoğlunun qardaşı kimi, nə də ona Vüqar Bayramovun qardaşı kimi yanaşılması doğru deyil: hər birimizə fərdi yanaşılıb və fəaliyyətimizə uyğun qiymətin verilməsinə ehtiyac var. Mən ABŞ-ın Vaşinqton Universitetinin məzunu olaraq Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramına həmsədr seçilən ilk və yeganə azərbaycanlıyam. Mən Avropa Birliyində ilk komissiya sədri olmuş azərbaycanlı kimi fərqlənmişəm. Başqa tərəfdən, dünyanın 500 nüfuzlu müsəlmanı siyahısına daxil edilən ilk azərbaycanlı iqtisadçıyam. Əsərlərimin 25 xarici dilə tərcümə olunmasını əlavə etməklə, bu siyahını daha genişləndirmək olar. Bütün bunlar göstərir ki, hər bir şəxsin fərdi olaraq fəaliyyətinə qiymət verilməlidir. Bəzən radikal düşərgədə olanlar mənim pozitiv notlar olan təhlilimi paylaşıb Musavat Partiyası başqanlığına namizəd qardaşının mövqeyi kimi təqdim etməyə çalışırlar. Amma bilərəkdən unudurlar ki, partiya sədrliyinə namizəd Qubad İbadoğludur, Vüqar Bayramov deyil. ".
İqtisadçı alim bildirib ki, bir qardaşın müxalifət olub, digərinin müstəqil fəaliyyət göstərməsi tamamilə normaldır: “Ümumiyyətlə, cəmiyyətdəki mövqe hər bir fərdin fəaliyyətinə uyğun olaraq müəyyənləşir. Bir neçə il öncə Polşada bir qardaş prezident idi, digəri isə müxalifətin əsas fiqurlarından biri idi. Və kimsə onları bir-birlərinin qardaşları kimi təqdim etmirdilər. Mən iqtisadçıyam və siyasətlə məşğul olmuram və gələcəkdə də siyasi arenada olmaq niyyətim yoxdur. Düşünurəm ki, iqtisadçı kimi fəaliyyətimi davam etdirərək cəmiyyətə daha çox xeyir verə bilərəm. Mənim sədrlik etdiyim mərkəz beynəlxalq qiymətləndirməyə görə, Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi olaraq Harvard Universitetinin rəsmi kataloquna daxil edlən yeganə azərbaycanlı təşkilatdır. Bu əslində ölkəmiz üçün qürurverici bir faktdır. Mən və digər başqa iqtisadçı həmkarlarımız məhz regionun ən nüfuzlu təşkilatını formalaşdırmağa nail ola bilmişik. Beyin mərkəzi çərçivəsində müstəqil iqtisadi fəaliyyət ölkənin inkişafına daha çox töhvə vermək şərait yaradır”.
Vüqar Bayramov bildirib ki, o, iqtisadçıların siyasətlə məşğul olmasının tərəfdarı deyil:"Düşünürəm ki, iqtisadçı müstəqil fəaliyyətlə cəmiyyətə daha çox töhfə verə bilər. Amma bu da fərdi yanaşmadır. Qubad bəy siyasətdə olmaq istəyir və bu, onun seçimidir. Mən isə iqtisadçının siyasətlə məşğul olmamasını daha məqsədəuyğun hesab edirəm. Bu isə mənim seçimimdir ".
İqtisadçı alim beynəlxalq təşkilatlardakı fəaliyyətinə toxunaraq deyib ki, xaricdə Azərbaycanın milli maraqlarının qorunması mənim üçün əsas meyardır. Bunun kimlərinsə xoşuna gəlməməsi mənim mövqeyimi dəyişməyəcək. Önəmli olan milli maraqların şəxsi maraqlardan üstün tutulmasıdır”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info