ABŞ-da kabusa çevrilən virus
Tarix: 10.09.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Respirator xəstəliyinin müəmmalı forması son həftə ərzində ABŞ-ın bir neçə ştatını bürüyüb.
Məlumatlara görə, bu xəstəliyə yoluxanlarının sayı 1000-dən çoxdur. Xəstələrin 15 faizi oksigen çatışmazlığı üzündən xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib.
Xəstəlik soyuqdəymənin sadə əlamətləri ilə başlayır, lakin çox sürətlə respirator virusuna çevrilir. Bu xəstəliyə yalnız uşaqlar yoluxur. Həkimlər hesab edirlər ki, bu böyüklərin kifayət qədər möhkəm immuniteti ilə bağlıdır və belə immunitetə müəmmalı viruslar təsir etmir.
Müəmmalı “Enterovirus 68” bir neçə gün ərzində Kolorado, Missuri, Kanzas, İllinoys, Kentukki, Ayova, Ohayo, Oklahoma, Şimali Karolina və Corciya ştatlarına yayılıb. “ABC News” telekanalının tibb sahəsinin redaktoru Riçard Besser kanala müsahibəsində bildirib ki, virus sürətlə yayılacaq, çünki “viruslar sərhəd tanımırlar”.
ABŞ Dövlət Sanitar-Epidemiologiya Nəzarət Mərkəzinin yaydığı məlumatlara görə, bu virus soyuqdəyməyə səbəb olan rinovirusla bağlıdır. Hələlik həkimlər virusun formasını, növünü və səbəbini dəqiq müəyyən edə bilməyiblər. Amerikalıların bəziləri hesab edirlər ki, virus ABŞ-a rəsmi prosedurlardan, o cümlədən tibbi yoxlamadan keçməyən və lazımı peyvəndlər almayan qeyri-leqal mühacirlər vasitəsilə “gətirilib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info