Ə. Mehdiyev:“Son illərdə Azərbaycan elektron media sahəsində xeyli irəliləyiş əldə edib”
Tarix: 10.09.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


"İndiki dövrdə medianın rolu getdikcə daha da artır. Həm cəmiyyətin, həm də dövlətin qarşısında medianın məsuliyyəti artdıqca, medianı tənzimləyən orqanların da məsuliyyəti artır. Bunu Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum - BRAF) 5-ci illik iclasında çıxışı zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. Forumda "Yeni media" mövzusuna yenidən baxış keçirilib və "Media maarifləndirilməsi" mövzusunda fikir mübadiləsi aparılıb.
N.Məhərrəmli bildirib ki, bu ildən Azərbaycan bu quruma rəhbərlik edəcək: "Forumda əsas məsələ media maarifləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi olacaq. Bizim həm ikitərəfli, həm çoxtərəfli, həm də beynəlxalq formatda görüşlərə ehtiyacımız var. Bir-birimizdən öyrəniləsi çox şeylər var. Buna görə də biz bu cür görüşləri mütəmadi olaraq keçiririk. Hesab edirəm ki, bu görüşdə medianın maarifləndirilməsi ilə bağlı aparılan müzakirələr gələcək işlərimizdə bizə kömək edəcək". Şura sədri əlavə edib ki, Forumun əsas məqsədi ölkələr arasında təcrübə mübadiləsi aparmaq, mövcud problemləri dialoq şəklində həll etməkdən ibarətdir: "Hər hansı ölkənin başqa ölkələr qarşısında öhdəliyi yoxdur. Sadəcə, biz əlaqələrimizi koordinasiya edir və fikir mübadiləsi aparırıq, mövcud problemləri həll etməyə çalışırıq".
Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev də Forumun əhəmiyyətindən danışıb.
O bildirib ki, Azərbaycan son illərdə müxtəlif sahələrdə, o cümlədən elektron media sahəsində xeyli irəliləyiş əldə edib: "Bu sahədə yeni dünya təcrübəsinin müxtəlif nailiyyətləri tətbiq olunur. Yeni texnologiyalardan istifadə edilir, təcrübə mübadiləsi aparılır. Təbii ki, bugünkü toplantıda da fikir mübadiləsinin aparılması həm elektron medianın inkişafına öz töhfəsini verəcək, həm də ölkələrimiz arasında ümumi münasibətlərin inkişafına təkan göstərəcək".
Daha sonra BRAF-ın baş katibi doktor Hamit Ersoy, BSEC (Black Sea Economic Cooperation) baş katibinin müavini Trayan Çebeleu çıxış edib.
Forum öz işini bu gün yekunlaşdırır.
Qeyd edək ki, BSEC (Black Sea Economic Cooperation) üzvü olan dövlətlərin yayım tənzimləyici orqanları 2008-ci ildə BSEC-in İstanbuldakı Baş qərargahında toplanıb və Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum - BRAF) yaradılmasını elan edən Birgə Deklarasiya qəbul ediblər. Üzv dövlətlərin nümayəndələri gələcək əməkdaşlıq və yayım sektorunda əsas məsələlərin müzakirəsi məqsədilə BRAF-ın hər il bir üzvünün dəvəti ilə İllik İclasını keçirir. BRAF-ın Daimi Katibliyi Türkiyənin Ankara şəhərində RTÜK-ün binasında yerləşir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info