Azərbaycan həqiqətləri Avropa Parlamentində
Tarix: 10.09.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Avropa Parlamentində Azərbaycanla bağlı hesabat dinlənilib. Hesabat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri" adlı layihə çərçivəsində Belçikanın Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa ekspertləri tərəfindən hazırlanıb. esabatın sentyabrın 9-da Brüsseldə keçirilən təqdimatında QHT-lərə Dövlət Dəstəyi Şurasının Sədri Azay Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Avropa Parlamentinin qadın üzvləri, Belçika Senatının fəxri Spikeri Anne Mari Lizin, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Azərbaycanın Belçika Krallığındakı səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak edib.
50 səhifədən ibarət hesabat Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakından bəhs edir. Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü, qadın hüquq müdafiəçisi Culi Uord tədbiri açaraq Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində əldə edilən uğurlardan təsirləndiyini bildirdi. "Azərbaycan Avropa Şərq Tərəfdaşlığı proqramının üzvüdür. Avropa İttifaqının insan hüquqlarının inkişafı üçün xüsusi alətləri var və bu alətlərdən biri də qadınların hüquqlarının müdafiəsidir", - Culi Uord deyib və əlavə edib ki, Azərbaycan bu alətlərdən istifadə edərək mövcud proqramları inkişaf etdirə və digər Şərq Tərəfdaşlığı ölkələri ilə təcrübəsini paylaşa bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tədbirin təşkilatçılarına və hesabatın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edərək Şuranın fəaliyyəti haqqında ətraflı məlumat verdi.
A.Quliyev bildirdi ki, QHT Şurası hər il gender bərabərliyi, insan alveri, məcburi əmək və qadınlarla bağlı digər mövzularda 50-ə yaxın layihəni dəstəkləyir. Hesabat haqqında danışan Şura sədri qeyd etdi ki, sənəddə göstərildiyi kimi, Azərbaycan qadınların bütün hüquq və azadlıqlarının qorunduğu dünyəvi və müasir bir dövlətdir. A.Quliyev qeyd etdi ki, Azərbaycan qadınının cəmiyyətdə, eləcə də dövlət strukturlarında geniş şəkildə təmsil olunması böyük ictimai əhəmiyyətə malikdir. Şura sədri 1918-ci ildə Azərbaycanda qadınların səsvermə hüququna Belçika, Fransa və ABŞ kimi ölkələrdən əvvəl yiyələndiyini bildirdi. A.Quliyev vurğuladı ki, müasir zamanda da Azərbaycan hökuməti qadının cəmiyyətdə rolunu artırmaq üçün bütün lazımı tədbirləri görür.
A.Quliyev Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətini misal göstərərək bildirdi ki, Azərbaycan qadını bu gün dövlət quruculuğunda xüsusi mövqe tutur.
Nitqinin sonunda Şura sədri Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə Azərbaycan qadınının zərər çəkdiyini, məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımız sırasında 300 minə yaxın qadının olduğunu dilə gətirdi. Azay Quliyev vurğuladı ki, əsirlikdə olan və itkin düşmüş 4049 Azərbaycan vətəndaşı arasında 17 nəfər gənc qız, 247 qadın var. "Avropa İttifaqının Ukrayna böhranına reaksiyasını yaxından izləyirik. Avropa İttifaqı kimi biz də bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Eyni addımları və eyni dəstəyi Azərbaycana qarşı da görmək istəyirik", - deyə A.Quliyev çıxışını yekunlaşdırıb.
Sonra qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert Patrisia Lalond və “Kişi Qadın Arasında Barabərlik Naminə Valloniya Sinerji” təşkilatının prezidenti, belçikalı ekspert Ren Marselis «Avropa Qonşuluğunda qadın hüquqlarının inkişafı: Azərbaycanın timsalında» adlı hesabatı təqdim etdilər. Bu il Azərbaycana səfər edən fakt araşdırıcı missiyanın üzvü xanım Lalond Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin, eləcə də ölkəmizin digər bölgələrindəki bu cür mərkəzlərinin fəaliyyətini müsbət qiymətləndirdi. Patrisiya Lalond hökumətin bu sahədə gördüyü işləri sadalayaraq Azərbaycan qanunvericiliyində nikah yaş həddinin 17-dən 18-ə qaldırılmasını və məcburi nikahlara görə cəzaların sərtləşdirilməsini yaxşı addım kimi qiymətləndirdi.
Təqdimatdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində dövlətin gördüyü işlərdən söhbət açdı. Komitə sədri bildirdi ki, hökumət ölkədə gender bərabərliyinin gücləndirilməsi məqsədi ilə mühüm işlər görür və artıq bu sahədə ciddi irəliləyişlər var.
H.Hüseynova qeyd etdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması hökumətin qadınlara olan diqqət və qayğısının bariz nümunəsidir. Rəhbərlik etdiyi qurumun yerli QHT-lərlə sıx əməkdaşlıq etdiyini deyən H.Hüseynova əlavə etdi ki, bölgələrdə tez-tez qadınlar üçün maarifləndirmə tədbirləri, təlimlər, dəyirmi masalar təşkil edilir. Millət vəkili, Lider Qadınlar İctimai Birliyin təsisçisi Məlahət İbrahimqızı çıxış edərək Azərbaycanda gender siyasəti sahəsində həyata keçirilən işlərdən söz açdı. Millət vəkili Azərbaycanda qadınların qərar qəbuletmədə, parlament və bələdiyyələrdə artan rolundan danışıb.
Sonda hesabat və mövzu ətrafında fikir mübadiləsi aparıldı, iştirakçıları maraqlandıran suallara cavab verilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info