Poroşenko: “Belə şəraitdə yaşamağa öyrəşməliyik”
Tarix: 10.09.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Gələn həftə Donbass bölgəsinin ayrı-ayrı rayonlarının statusu haqqında qanun layihəsi Ali Radaya təqdim ediləcək.
“112 Ukraina” telekanalının verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Petro Poroşenko Nazirlər Kabinetinin iclasında deyib. O bildirib ki, qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın adları sənəddə əksini tapmayıb.
Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında yerli idarəetmənin müvəqqəti qaydaları haqqında qanun layihəsi bu rayonların Ukrayna dövləti tərkibində statusunu müəyyən edir. P. Poroşenko gələn həftə layihəni parlamentə təqdim edəcəklərini açıqlayıb: “Bu layihə həmin rayonların Ukraynanı suverenliyi altına sülh yolu ilə qayıtmasını təmin edir. Mən xahiş edirəm ki, bu qanun layihəsinə dəstək verilsin və biz sülh prosesini pozmayaq. Güman ki, növbədənkənar seçkilərdə Donetsk və Luqansk sakinlərinin seçəcəyi deputatlar bizi məmnun etməyəcək. Lakin siyasətin seçki bülletenləri ilə müəyyənləşdirilməsi avtomat və “Qrad” atəşləri ilə müəyyən edilməsindən daha yaxşı deyilmi? Bu yolun alternativi yoxdur”.
P. Poroşenko onu da qeyd edib ki, Ukrayna Rusiya təhlükəsi şəraitində yaşamağa alışmalıdır: “Təəssüf ki, bu, uzunmüddətli hərbi təhlükədir və hazırkı böhran aradan qalxsa belə, bu təhlükə keçməyəcək. Ona görə də belə şəraitdə yaşamağa öyrəşməliyik. Bizim strateji planlaşdırmamızın üfüqləri aylar və illəri yox, onillikləri əhatə edir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info