Azərbaycan ATƏT-in gələcək sədri Serbiyanın Qarabağa dair mövqeyini mühüm hesab edir
Tarix: 10.09.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Azərbaycan və Serbiya arasında dərin əməkdaşlıq mövcuddur. Bunu xarici işlər naziri Elmar Məmmədyarov serbiyalı həmkarı ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, indiki danışıqlarda siyasi məsələlər, xüsusilə münaqişələr müzakirə edilib: "Biz beynəlxalq təşkilatlarda bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Gələn il Serbiya ATƏT-ə sədrlik edəcək. Bu baxımdan, Dağlıq Qarabağ problemi üzrə Serbiyanın mövqeyi vacibdir".
Nazir həmçinin qeyd edib ki, Azərbaycan yol tikintisi üçün Serbiyaya 300 milyon avro dəyərində kredit ayırıb.
Onun sözlərinə görə, tezliklə iki ölkə arasında müştərək komissiyanın görüşünün keçirilməsi planlaşdırılır.
E.Məmmədyarov həmçinin qeyd edib ki, Azərbaycan ilk Avropa Oyunlarında Serbiya nümayəndələrinin iştirakına ümid edir.
Qeyd edək ki, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycanda rəsmi səfərdədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info