Vitali Yarema: “İlovayskda 200 hərbçimiz həlak olub”
Tarix: 10.09.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Donetsk vilayətinin İlovaysk şəhəri ətrafında baş verən döyüşlər və Ukrayna qüvvələrinin mühasirəyə düşməsi nəticəsində azı 200 Ukrayna hərbçisi həlak olub.
“İnterfaks Ukraina” agentliyinin verdiyi məlumata görə, bunu Ukraynanın baş prokuroru Vitali Yarema açıqlayıb. O bildirib ki, bu hadisə ilə bağlı istintaq aparan hərbi prokurorlar Ukrayna Silahlı Qüvvələrinin ali komandanlığını dindirir: “Hazırda Dnepropetrovskda hərbi prokurorlar çalışır. Onlar Silahlı Qüvvələrin Baş Qərargah rəisi Mujenkonu, Cənub operativ komandanlığının komandanı Litvini və ordunun ali zabit heyətini dindirir”.
Xatırladaq ki, avqustun sonlarında Donetsk şəhərinin mühasirəsini başa çatdırmaq məqsədilə strateji əhəmiyyətli İlovaysk şəhərinə daxil olan Ukrayna ordusunun və könüllü batalyonlarının bölmələri daha sonra ölkə ərazisinə daxil olan Rusiya qoşunları tərəfindən mühasirəyə alınıblar. Ukrayna qüvvələri şəhər ətrafında baş verən şiddətli döyüşlərdə və mühasirəni yararaq çıxarkən ağır itkilərə məruz qalıblar. Bu faciə ilə əlaqədar hərbi prokurorluqda cinayət işi açılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info