Azərbaycan idmançıları “Köçərilərin I Ümumdünya Oyunları“nda iştirak edirlər
Tarix: 10.09.2014 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Qırğız Respublikasının Çolpon-ata şəhərində "Köçərilərin I Ümumdünya Oyunları"nın açılış mərasimi keçirilib. Açılış mərasimindən əvvəl Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin adından Ümumdünya oyunlarında iştirak edən ölkələrin nümayəndə heyətlərininin şərəfinə rəsmi ziyafət təşkil olunub.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ziyafətdə iştirak ediblər. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, ABŞ, Əfqanıstan, Avstriya, Monqolustan, Almaniya, İsveç və digər ölkələrin qatıldığı bu möhtəşəm etno-idman və turizm tədbirində ölkəmizi 30-dan çox idmançı təmsil edir.
Qırğız Respublikasının təbiət incisi olan İsikul gölünün sahilində on minlərlə tamaşaçının iştirakı ilə keçirilən aşılış mərasimində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yarışların tarixi əhəmiyyətindən danışıb. O, qloballaşan dünyada xalqların bir-birinə daha da yaxınlaşması üçün idman yarışlarının bu formatının əhəmiyyətini xüsusi diqqətə çəkib, belə tədbirlərin hər il keçirilməsi zəruriliyini vurğulayıb.
Prezident A.Atambayev "Köçərilərin I Ümumdünya Oyunları"nın keçirilməsi təşəbbüsünə böyük dəstək verdiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Türkiyə və Qazaxıstan Respublikasının prezidentlərinə xüsusi təşəkkürünü bildirib. Açılış mərasimində iştirakçı ölkələrin idmançıları təntənəli marş sədaları altında tribunanın önündən keçiblər.
Milli komandaların yarışları sentyabın 15-dək davam edəcək.
Tural





 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Azərbaycan kubokunun qalibi məlum oldu
23.05.2019
“Yuventus“dan Türkiyə millisinin üzvünə təklif
23.05.2019
Riberi yenidən “Qalatasaray“da?
23.05.2019
Erməni idmançılar Bakıda
23.05.2019
Məşhur qapıçı karyerasını bitirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info