“Kaspi” Təhsil Şirkəti yekun hesabatı açıqladı
Tarix: 10.09.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


“Kaspi” Təhsil Şirkəti tərəfindən (əvvəlki “Kaspi” Təhsil Mərkəzi) 2013-2014-cü tədris ilinə dair yekun hesabatın verilməsi və gələcək plan, nailiyyətlərdən ictimaiyyəti xəbərdar etmək məqsədi ilə ənənəvi mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva bildirib ki, 2013-2014-cü tədris ilində “Kaspi” Təhsil mərkəzləri abituriyent hazırlığı üzrə 97 faiz nəticə göstərib. Onun sözlərinə görə, tələbələrin 10 faizi 600-dən yuxarı, 25%-i 500-600 arası, 35 faizi isə 400-500 arası bal toplayıb: “Üç tələbə isə daha yüksək nəticələr göstərərək Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Tibb Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olublar. Şirkət fəaliyyət göstərdiyi gündən indiyədək 5 minə yaxın abituriyent ölkənin müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıb. Bu il Kaspi Təhsil Şirkətinin 150-yə yaxın tələbəsi xaricdə təhsil almağa göndəriləcək. Şirkət hər zaman tələbələrə yüksək səviyyədə təhsil vermək, eyni zamanda, gələcəyə peşəkar kadr hazırlamaq üçün çalışır". Bildirilib ki, şirkətin abituriyent şöbəsi ilk dəfə olaraq özəl təhsil müəssisəsi kimi elektron təhsil sisteminə keçib: “Azərbaycan məktəbləri üçün hazırlanan 500-dən artıq dərs video formatda çəkilib Oxu Tv saytına yerləşdirilib. Bundan başqa, biz elektron sınaq testlərini də hazırlayıb abituriyentlərin ixtiyarına verdik. Çünki bəzən rayon yerlərindən olan gənclər var ki, onlar sınaqlarda iştirak edə bilmirlər. Bu onlar üçün də əlverişli bir imkan oldu".
Tədbirdə təhsil ocağının fəaliyyət göstərdiyi 7 il ərzində digər uğurlarından söz açan şirkətin direktoru Elnur Əliyev “Kaspi”nin mərkəz kimi fəaliyyətə başlaması, inkişafı yolunda atılan addımlardan danışıb. E. Əliyev “Kaspi”nin artıq "Şirkət" statusu daşıması barədə də məlumat verib: "Diqqət yetirilən digər mühüm məqam isə “Kaspi” Təhsil Şirkətinin yeni "Kaspi liseyi"nin və bu liseyin nəzdində "Kaspi uşaq bağçası"nın açılışıdır. Bu il həmçinin şirkətin 2 filialı - Nəsimi və Masazır ərazində fəaliyyətə başlayacaq. Yeniliklər bununla kifayətlənmir və gələcəkdə də bu istiqamətdə işlərimiz davam etdiriləcək".
Tədbirin sonunda yüksək nəticə göstərən tələbələrə şirkət tərəfindən hədiyyələr təqdim olunub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info