Məktəblilər arasında daha sıx əlaqələr yaranır
Tarix: 10.09.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Sentyabrın 15-i "Bilik günü" ilə əlaqədar Bilik Fondu "Qardaşlaşmış məktəblər" layihəsinə start verib. Adından da göründüyü kimi, ayrı-ayrı yerlərdə olan məktəblərin birliyinə, xüsusən də cəbhə bölgələrində olan məktəblərlə əlaqələrin güclənməsinə xidmət edən layihə çərçivəsində Gəncə şəhəri 43 saylı tam orta məktəb və Şuşa rayonu 1 saylı Malıbəyli kənd orta məktəbin 30 nəfər şagirdi layihənin iştirakçısı olub.
Bu gün səhər Gəncə şəhərində olan Şuşa məktəbliləri öncə şəhərin girəcəyində füsunkar Heydər Əliyev Mərkəzi və Park Kompleksi ilə, bir sıra tarixi abidələri ilə tanış olublar. Sonra YAP Gəncə şəhər Təşkilatının Qərargahında 2 məktəbin nümayəndələri ilə görüş keçirilib. Görüşdə AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Fondun Gəncə nümayəndəsi Günay Əliyeva, hər iki məktəbin müəllimləri və VII, IX, X sinif şagirdləri iştirak ediblər. Şagirdlərlə müxtəlif mövzularda müzakirələr aparılıb, görüş diskussiya şəklində davam edib.
"Qardaşlaşmış məktəblər"də ilin sonuna qədər 20 məktəbin qardaşlaşması nəzərdə tutulub. Biz çalışacağıq ki, ümumilikdə Azərbaycanın bütün məktəblərini qardaşlaşdıraq. Bu gün Gəncə şəhəri 43 saylı tam orta məktəblə Şuşa rayonu 1 saylı Malıbəyli kənd orta məktəbi arasında qardaşlaşma memorandumu imzalandı. Memorandumda göstərilir ki, qardaşlaşmış məktəblər daim sıx əlaqədə olacaq, öz aralarında müxtəlif görüşlər, yarışlar, konfranslar təşkil edəcək, bir-birlərinin uğurlarını bölüşəcək, çatışmazlıqların aradan qaldırılmasına dəstək olacaqlar"- bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu deyib.
Qeyd edək ki, sabah şagirdlər Gəncədə yeni tikililərlə tanış olacaq, onlar üçün təşkil olunan maraqlı əyləncələrdə iştirak edəcəklər. Sonra isə şagirdlər arasında bilik yarışı keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info