Polis olmaq istəyənlər üçün müsabiqə
Tarix: 11.09.2014 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan 95 sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən (qadınlar 170 santimetrdən) hündür, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Məlumatda həmçinin qeyd olunur ki, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcək. Xidmətə qəbul olunmaq istəyənlər 2014-cü ilin oktyabr ayının 10-dək Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə ilə müraciət edə bilərlər.
Onlar şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli, hərbi bilet (kişilər üçün) və əmək kitabçalarını da təqdim etməlidirlər.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Bu il Azərbaycanda sahibkarlıqla bağlı Koordinasiya Şurası yaradılacaq
04.04.2020
İşsiz vətəndaşlar üçün 50 min ictimai iş yeri yaradılır
04.04.2020
Azərbaycan ərazisinə giriş-çıxış və yerli hava uçuşları dayandırılıb
04.04.2020
Naxçıvanda döyüş atışlı taktiki təlim keçirilib
04.04.2020
Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info