Bakıda uşaq avtoşəhərciklərində maarifləndirmə tədbirləri keçiriləcək
Tarix: 11.09.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) uşaq avtoşəhərciklərində tədbir keçirəcək. Bu barədə BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. O qeyd edib ki, sentyabrın 10-dan etibarən “Diqqət uşaqlar!” adı altında keçirilən təhlükəsizlik ayı çərçivəsində BŞDYPİ, Bakı Şəhər Təhsil İdarəsi, Nəsimi rayon 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi və Sabunçu rayonunda yerləşən “ASAN Xidmət”lə birgə məktəbyaşlı uşaqlar arasında yol hərəkətinə dair maarifləndirmə işlərinin aparılması üçün tədbirlər planı təsdiq edib. Tədbirlər oktyabrın 10-a qədər uşaq avtoşəhərciklərində davam etdiriləcək.V. Əsədov, tədbirlərin məktəblilərin iştirakı ilə baş verəcək yol qəza hadisələrinin sayının minimuma endirilməsi məqsədilə həyata keçirildiyini bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info