Sınaq qiymətləndirilməsindən keçmiş müəllimlər əmək haqlarında dəyişikliyi hiss edəcəklər
Tarix: 11.09.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


“Gələcəkdə məsuliyyət vəzifədən azad olunma ilə məhdudlaşmayacaq. Qanunvericilikdə nəzərdə tutulan tam məsuliyyətə cəlb olunmaq üçün addımlar atılacaq”. Bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir vurğulayıb ki, sınaq qiymətləndirilməsində müəllimlərin 14 faizi aşağı, 64 faizi qənaətbəxş, 18 faizi isə yüksək nəticə torlayıb: “Bu nəticələrin təhsil sisteminin yaxşılaşdırılmasına nə kimi təsir göstərdiyi aydın deyil. Amma hər bir müəllimin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərarların qəbul olunması üçün bu nəticələr çox vacibdir. Məsələn, dərs bölgüsü, sinif rəhbərliyi, müəllimlərin vəzifədə irəli çəkilməsi kimi məsələlərdə sınaq qiymətləndirilmənin nəzərə alına bilər. Hesab edirəm ki, bu, nəzərə alınmalıdır”. M. Cabbarovun sözlərinə görə, məktəb direktorunun vəzifələrindən biri məktəbdə dərs yükünün bölgüsünün aparılması və optimallaşdırılmasına çalışmasıdır: “Lakin hazırkı mənzərə fərqlidir. Belə ki, bir çox müəllimlərin dərs yükü 1 “stavka”dan da aşağıdır. Belə olan halda əmək haqqının artırılmasının nə faydası? Ona görə də, bizin onun tərəfdarıyıq ki, əvvəlcədən dərs yükü optimallaşdırılsın, reallığı əks etdirsin. Bunun ardınca dərs saatının pul dəyəri qalxsın. Sınaq qiymətləndirilmə bununla bağlı ilk addım idi. Hazırda Bakıda sınaq qiymətləndirməsi yekunlaşdığına görə, güman edirəm ki, növbəti maliyyə ilində sınaq qiymətləndirilməsindən keçmiş hər bir müəllim bunu özünün əmək haqqında hiss edəcək. Sınaq qiymətləndirilməsi keçirilməyən regionlarda müəllimlərin əmək haqlarının artırılması məsələsi gündəmdə olmayacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info