Naxçıvanda yeni tikinti-quruculuq işləri
Tarix: 11.09.2014 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərində tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda şəhərin Heydər Əliyev prospektində daha bir yaşayış binasının tikintisinə başlanılıb. Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olacaq binanın tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən aparılır.
İş icraçısı Zamin Şükürovun verdiyi məlumata görə, yaşayış binasının ilk iki mərtəbəsində hörgü işləri yekunlaşıb. Hazırda dördüncü və beşinci mərtəbələrdə beton-qəlib işləri görülür. Bina hər mərtəbəsində iki ikiotaqlı, iki üçotaqlı və bir birotaqlı olmaqla, ümumilikdə, 30 mənzildən ibarət olacaq, birinci mərtəbədə isə mağaza və xidmət obyektləri fəaliyyət göstərəcək.
Naxçıvan şəhərinin yollarının abadlaşdırılması üçün də kompleks tədbirlər həyata keçirilir. Hazırda “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən Əziz Əliyev küçəsindən Naxçıvan Şəhər Avtovağzal Kompleksi istiqamətində, eyni zamanda, avtovağzal kompleksindən başlayaraq İslam Səfərli və Nizami küçələri boyunca uzanan avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Bir kilometr məsafədə aşınma işləri aparılır, torpaq sahəsi bərkidilir. İslam Səfərli küçəsində isə yol yatağı genişləndirilir. İşlər başa çatdıqdan sonra avtomobillərin və piyadaların rahat hərəkəti və təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq. Bu yaxınlarda Naxçıvan şəhərinin “İstiqlal” küçəsində avtomobil yolu yenidən qurulub, yolun eni 13,88 metrdən 18,30 metrə, bəzi yerlərdə isə 23,98 metrədək genişləndirilib, yola 12 santimetr qalınlığında asfalt örtük salınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info