AZPROMO-da İran nümayəndə heyəti ilə işgüzar görüş keçirilib
Tarix: 11.09.2014 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin Əmək və Planlaşdırma Məsələləri üzrə valisinin müavini Rza Cəmşidinin başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, ticarət, turizm və səhiyyə sahələrində fəaliyyət göstərən 20-dən çox iş adamı iştirak edib. Qonaqlara Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də AZPROMO-nun iş adamlarına göstərdiyi dəstək barədə məlumat verilib. İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin Əmək və Planlaşdırma Məsələləri üzrə vali müavini Rza Cəmşidi iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətindən danışmış və Xorasan vilayətinin iqtisadiyyatına və investisiya mühitinə dair təqdimatla çıxış edib. Tədbir ikitərəfli görüşlərlə davam etmiş, sahibkarlar arasında əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info