“Sol tərəfim Azərbaycan, sağ tərəfim Türkiyədir”
Tarix: 12.09.2014 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


Müsahibimiz TRT Bakı təmsilçisi Yıldıray Arslandır. Yıldıray Arslana yeni təyin olunduğu vəzifəsində uğurlar arzulayır və “Palitra” qəzetinə olan eksklüziv müsahibəsini təqdim edirik:
-TRT Bakı təmsilçiliyi vəzifəsinə təyin olundunuz. Bakıda çalışdığınız müddət ərzində TRT və Azərbaycan mediası arasında hansı layihələri həyata keçirməyi düşünürsünüz?
- TRT ilə Azərbaycan mediası arasında hər zaman isti münasibət olub. Bundan sonra da üzərimə düşən vəzifənin əsas məqsədi də bu əlaqəni daha mükəmməl bir mühitə gətirib çıxartmaqdır. Hal-hazırda TRT Bakı təmsilçiliyi üç yeni proqram üzərində çalışır. Biz bu layihələri davam etdirəcək və yeni proyektlər üzərində çalışacağıq. Bununla yanaşı, Azərbaycanda media mənsubları, təmsilçilər ilə yaxın və ortaq iş birliyi yaradacağıq. Məqsəd, Azərbaycanın səsini dünyaya eşitdirməkdir. Türkiyə və Azərbaycan arasındakı media sektorunu daha da inkişaf etdirməkdir. Bundan sonra da hazırlayacağımız verilişlərin çoxunu Azərbaycanın bu günü ilə əlaqədar, bugünkü şəraiti və aktual mövzuları ətrafında təşkil edəcəyik.
- Hazırlanacaq verilişlərdə hansı mövzu ətrafında müzakirələrin olmasını düşünürsünüz?
- Medianın əsas vəzifəsi çalışdığı mühitdə olan inkişafı insanlara tez çatdırmaqdır. Əlbəttə ki, medianın vəzifəsi siyasət deyil. Amma media o ölkələrdə yaşanan siyasi məsələləri həm olduğu ölkəyə, həm də dünya ölkələrinə bildirməlidir.
- 90-cı illərdə Qarabağ müharibəsini dünyaya çatdıran ilk müxbirlərdən biri olmusunuz. Qarabağ müharibəsini necə xatırlayırsınız? Dünyaya səsinizi necə eşitdirdiniz?
- Biz əslində 90-cı ildə keçirilən sərgidə iştirak etmək üçün gəldik. Bu coğrafiyada baş verən bir çox hadisələr SSRİ dövründə olduğu üçün bölgədə əlaqə yaratmaq mümkün deyildi. Sərgidə olduğumuz müddətdə həftənin cümə axşamı günləri Şəhidlər xiyabanında mərasimlər keçirilirdi. Mən də bunun təsadüfən şahidi oldum və oradakı insanlarla görüşdüm. Öncəliklə, Şəhidlər xiyabanının görünüşü, qərənfillər qoyulan məzarlar, gənc insanların şəkilləri diqqətimi cəlb etdi. Müsahibədə də burdakı insanların Qarabağda şəhid olduqları deyildi. Mən də onların valideynləri və yaxınları ilə Şəhidlər xiyabanında reportaj hazırladım. Ondan sonra reportajı o dövrün şərtləri ilə Türkiyəyə çatdırmaq mümkün deyildi. Biz də bu müsahibələri xəbər şəklində hazırladıq. İlk zamanlarda beynəlxalq agentliklərin verdiyi xəbərlə, bizim buradan əldə etdiyimiz məlumatlar fərqli idi. Amma TRT-nin Bakıdakı müxbirləri mənə güvəndi və biz bu reportajları yayımladıq. İnsanlar da bu xəbərə səssiz qalmadıqlarını göstərdilər. Həm də qarşıdakı illərdə də Azərbaycan-Ermənistan sərhədində yaşanan savaşı yaxından izləmək üçün TRT-dən mən və bir çox müxbir dostlarıma burada vəzifə verildi. Azərbaycanın haqlı səsini və orada yaşanan hadisələri TRT vasitəsilə dünyaya çatdırdıq.
-1993-cü ildə Heydər Əliyevin ilk dəfə prezident seçildiyi vaxt onunla reportaj hazırlayan ilk müxbirlərdən birisiniz. O günləri necə xatırlayırsınız? Heydər Əliyev sizin xatirinizdə necə qaldı?
- Azərbaycanın bugünkü mövqeyində Heydər Əliyevin xüsusi payı olan ən böyük idarəçi olduğunu düşünürəm və belə bilirəm. O, həm siyasətçi, həm də dövlət başçısı kimi çox dəyərli bir insandı. Heydər Əliyevlə ilk görüşümü dünənki kimi xatırlayıram. Mən 1993-cü ildə Azərbaycanda III prezident seçkiləri keçirilmədən əvvəl TRT kanalının Bakıya ezam olunan müxbiri vəzifəsində çalışırdım.
O dövrdə Heydər Əliyevin Bakıya gəlişini, prezident seçkilərində iştirakını və prezident seçildikdən sonra andiçmə mərasimində yaxından iştirak edən televiziya müxbirlərindən biri idim.
Mənim ezamiyyətim bitəndə Türkiyəyə qayıtdım. Heydər Əliyev 1993-cü ildə prezident olduğu zaman ilk xarici səfərini Türkiyəyə etmişdi. O zaman Heydər Əliyevin qaldığı otelin foyesində, Türkiyənin bir çox qəzet və televiziya müxbirləri Azərbaycanın Prezidentindən müsahibə almaq üçün gözləyirdilər.
Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov Azərbaycanda çalışdığım zaman məni görmüşdü. Şükürlər olsun ki, onun köməyi sayəsində Heydər Əliyevlə xüsusi reportaj hazırlamaq mənə nəsib oldu. Həmin reportaj Azərbaycan Dövlət Televiziyasında da yayımlandı. Bu mənim üçün böyük şərəf idi. Onu xüsusi vurğulayım ki, Azərbaycanın bugünkü gündə yüksəlişində, inkişafında, dünya arenasında öz sözünü deməyində Heydər Əliyevin imzası var. Bu, bir dövlət başçısı üçün vacib xüsusiyyətdir.
- Peşəkar jurnalist olaraq, Azərbaycan mediasını necə qiymətləndirirsiniz?
- Azərbaycan mediası ilə tanışlığım hələ yenidir. Ancaq Azərbaycan mətbuatı haqqında xoş sözlər deyə bilərəm. Çox canlı, çox hərəkətli və aktiv olduğunun şahidiyəm. Şübhəsiz ki, bundan sonra TRT Bakı təmsilçisi olaraq, Azərbaycan mediası ilə sıx əlaqədə olacağıq. Azərbaycan mediası ilə TRT kanalının birgə layihələrinin həyata keçəcəyinə əminəm. Hal-hazırda hazırlıq mərhələsi gedir.
- Azərbaycan haqqında duyğularınızı necə ifadə edərdiniz?
- Azərbaycan mənim ikinci Vətənimdir. Həyat yoldaşım da Azərbaycan vətəndaşıdır. 1992-ci ildə burada ailə həyatı qurdum. Türkiyədə belə bir məsəl də var ki, kişiyə sual verirlər: “Haralısan?” Cavabında isə deyir ki, “Hələ evlənməmişəm”. Ona görə özümü hətta azərbaycanlı kimi hiss edirəm. Hər zaman özümə bir sözü deyirəm: Sol tərəfim Azərbaycan, sağ tərəfim Türkiyədir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info