“Moskva “McDonalds”la təhlükəli müharibə aparır”
Tarix: 12.09.2014 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Yaponiyanın “Sankei Shimbun" media qurumu Rusiyanın amerikan qida korporasiyası ilə mübarizəsindən yazıb: “SSRİ-nin dağılmağa başladığı ərəfədə "McDonalds" Moskvada ən arzuolunan, görməli yerlərdən biri idi. Bu şəhərdə "McDonalds"ın ilk restoranları 1990-cı ilin yanvar ayında açılmışdı. Bundan 11 ay sonra ölkədə kommunist rejimi tənəzzül etdi. Kapitalizmin dadını almağa cəhd edən insanlar saatlarla restoranın qarşısında növbəyə dayanırdılar.
Maraqlıdır, restoranın ilk açılış günü şaxtalı havanın 10 dərəcədən artıq olmasına baxmayaraq, 5 mindən artıq insan restoran qarşısında içəri daxil olmaq üçün öz növbələrini gözləyirdi. Bu ərəfədə "McDonalds"larda satılan qızardılmış kartof və "Coca-Cola" sadə adamlar üçün bir növ, əlçatmaz idi. Lakin növbədəkilərin əksəriyyətini yeməkdən daha çox, Amerika mədəniyyətinin şəhvətini duymaq istəyənlər təşkil edirdi.
Hətta, bu hadisə barədə müxtəlif səpkili lətifələr də yaranmaqda idi. "McDonalds"da işləmək arzusunda olanların sayı növbəyə dayananların sayına çatmaqda idi. Sibirdən xüsusi olaraq burger yemək üçün gələnlər də var idi”.
Haşiyə çıxaraq qeyd edək ki, dünyada çoxdandır ki, təcili yemək texnologiyalarına birmənalı münasibət bəslənmir. Məsələn, Qərb tədqiqatçılarından biri olan Erik Şlosser “Fast Food Nation”(Fast Food milləti) adlı əsərində bununla bağlı maraqlı bir araşdırma aparıb. Yaxud Avropanın özündə bu gün həmin qida texnologiyasına qarşı bir fobiya olduğu da nəzərdən qaçırılmamalıdır... Necə ki, bunu bir sıra xarici telekanallar da gizlətmir...
Amma bir cəhəti qeyd etməyə dəyər ki, Moskvada açılan "McDonalds"ların əhəmiyyətli tərəfi bu idi ki, Amerika iaşə heyətinin təbəssümü sərt və məğrur sovet xidmətinə nisbətən bir növ inqilab idi. Mübaliğəsiz deməliyik ki, məhz bu şəbəkə Rusiyaya nəzakətli xidmət gətirdi. Ukrayna böhranı səbəbiylə bu gün Rusiyada baş qaldıran intensiv antiamerikan əhvali-ruhiyyə "McDonalds"lardan da yan keçməyib. Belə ki, Moskvada ilk restoran «gigiyena problemi» səbəbi ilə bağlanıb.
Qəzet yazır: “Əlbəttə, rəsmi səbəblər nəzərə alınmasa belə, bir çox insanlar hiss edir ki, Putin, sadəcə, ABŞ-ın Rusiyadakı simvollarından birinə qarşı çıxır. "McDonalds"ların yox olmasını isə ikinci soyuq müharibənin başlanğıcı kimi qeyd etmək mümkündür. Və bu, bir zarafat deyil”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?
18.07.2019
Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info