“Son beş ildə dünya arenasında ABŞ-ın nüfuzu da xeyli zəifləyib”
Tarix: 12.09.2014 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının sabiq vitse-prezidenti Dik Çeyni Amerika Sahibkarlıq İnstitutunda çıxış edib. O, Prezident Barak Obamanın xarici siyasətini kəskin tənqid edib. D.Çeyni bildirib ki, ABŞ administrasiyasının Yaxın Şərqdə və Asiyada münaqişələri tənzimləyə bilməməsi Suriya kimi ölkələrin vəziyyətdən sui-istifadə etmələri üçün bəhanə olacaq. ABŞ-ın sabiq vitse-prezidenti qeyd edib ki, Prezident Barak Obama son çıxışlarından birində “terrorçuların qaçdıqlarını və geri çəkildiklərini” bildirib, amma bu belə deyil.
Çeyninin sözlərinə görə, Obamanın prezidentliyi illərində terrorçular yenidən qruplaşmağa və regionda sabitliyi pozmaq üçün resurslarını təşkilatlandırmağa nail olublar. Sabiq vitse-prezident statistik məlumata istinad edərək deyib ki, bu illərdə cihadçıların ümumi sayı 58 faiz artıb. D.Çeyni bildirib ki, “İŞİD” Suriya ilə İraq arasında sərhədləri tanımadığı üçün, sərhədlərin mövcud olmasına baxmayaraq, ABŞ “İŞİD”i həm İraqda, həm də Suriyada məhv etmək iqtidarında olmalıdır. O həmçinin, ABŞ administrasiyasını “İŞİD” ilə vuruşan müxalifəti hərtərəfli təmin etməyə çağırıb. Sabiq vitse-prezident vurğulayıb ki, Amerika öz müttəfiqlərinə arxalanmalı və onlara kömək etməlidir. Vaşinqton “ABŞ-ın müttəfiqlərinin cəbhə xəttində yerləşdiyini nəzərə almaqla” onlara dəstəyini siyasi, hərbi, iqtisadi kömək vasitəsilə nümayiş etdirməlidir. D.Çeyninin sözlərinə görə, son beş ildə dünya arenasında ABŞ-ın nüfuzu da xeyli zəifləyib. Sonda D.Çeyni ABŞ Konqresini hərbi xərcləri və milli təhlükəsizlik proqramlarının maliyyələşdirilməsini genişləndirməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info