İran beynəlxalq koalisiyanın “İŞİD”ə qarşı mübarizə planını qeyri-müəyyən adlandırır. “Reuters”in xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham jurnalistlərin suallarını cavablandırarkən deyib.
“NATO-nun Uelsdəki sammitindən sonra “İŞİD”ə qarşı yaradılan beynəlxalq koalisiyanın mübarizə planında ciddi qeyri-müəyyənliklər var. Bu koalisyanın terrorizmə qarşı mübarizə aparmaq niyyəti şübhəli görünür” - deyə o, vurğulayıb. Əfham həmçinin koalisiyaya üzv bəzi ölkələri Suriya və İraqda terrorçulara dəstək verməkdə ittiham edib. Bununla belə, o, ABŞ prezidenti Barak Obamanın “İŞİD”ə qarşı mübarizə planına münasibət bildirməyib.
|