“İŞİD”lə mübarizə strategiyası
Tarix: 12.09.2014 | Saat: 01:59:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Barak Obama xalqa müraciətində İraq ərazisində “İslam dövləti” qruplaşması ilə mübarizənin strategiyasını açıqlayıb. İlk növbədə, ABŞ terrorçuların mövqelərinə zərbələr endirməyə davam edəcək.
Bununla belə, ABŞ İraqda quru əməliyyatı həyata keçirməyəcək. Obama qeyd edib ki, indiyədək İraqda “İŞİD” qruplaşmasının mövqelərinə 150 hava zərbəsi endirilib. ABŞ prezidentinin sözlərinə görə, bu, İraq qoşunlarına yardımın göstərilməsində mühüm amil olub və dinc sakinlərin kütləvi qırğınının qarşısını alıb: “İslam dövləti” harada olmasından asılı olmayaraq onunla mübarizə aparılacaq”. ABŞ İraqa hərbi mütəxəssislər də göndərəcək. Hərbi mütəxəssislər yerli hərbçilərin hazırlanması və terrorçulara qarşı hərbi əməliyyatların əlaqələndirilməsində kömək edəcək, onları kəşfiyyat məlumatları ilə təmin edəcəklər. Həmçinin ABŞ İraq əhalisinə humanitar yardım göstərəcək. Sonda Obama “İslam dövlətinə” qarşı koalisiyanın yaradılmasından bəhs edərək onun sıralarına NATO-dakı tərəfdaşlarının daxil olacağını qeyd edib. ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, beynəlxalq koalisiya “İslam dövlətini” məhv etməyə qadirdir. Kerri ABŞ və digər ölkələrin köməyi ilə İraq ordusunun yenidən hazırlanacağını vurğulayıb: “Biz hamımız bilirik ki, beynəlxalq koalisiya İraqda, regionda və dünyada bütün təhlükələri yox edəcək”. Qeyd edək ki, Con Kerrinin İraq səfəri zamanı Bağdadda terror aktı törədilib, ən azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Norveç Şimal dənizinə neft sızması ehtimalı ilə təhqiqata başlayır
21.05.2019
Vladimir Zelenski Ali Radanın buraxılması barədə fərman imzalayıb
20.05.2019
Madrid və Barselonada metro işçiləri tətil edir
20.05.2019
Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib
20.05.2019
Ukraynanın Baş naziri istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info